Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
Tarix: 25-11-2024 | Saat: 12:13
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq leysan xarakterli yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir.
Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi, yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər