Mobil versiya
Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
Tarix: 25-11-2024 | Saat: 10:49
Bölmə:Ölkə | çapa göndər

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub -

Noyabrın 25-i saat 09:00-a olan faktiki hava açıqlanıb.

aia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Əvvəlcədən xəbər verildiyi kimi sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 23 m/s, Şahdağda 20 m/s, Balakən, Qobustan, Şabranda 18 m/s-dək güclənib.

Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024