Mobil versiya
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib -Foto
Tarix: 21-11-2024 | Saat: 20:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyası çərçivəsində ICAPP Daimi Komitəsinin (DK) 42-ci iclasında iştirak edib.

Tədbirdə ICAPP-ın cari il ərzində fəaliyyətinə nəzər salınıb, Daimi Komitənin yeni üzvləri təqdim olunub və qurumun gələcək planlarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen açılış nitqi ilə çıxış edib. O, ICAPP rəhbərliyinə və Daimi Komitənin üzvlərinə minnətdarlıq edərək qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.

Daha sonra ICAPP Daimi Komitəsinin sədr müavini və Kamboca Xalq Partiyasının Əbədi əlaqələr komissiyasının sədr müavini Suos Yara ICAPP-ın 12-ci Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verib. Eyni zamanda, Assambleyanın Büro üzvlüyünə namizədlərin siyahısına baxılıb.

İclasda, həmçinin ICAPP-ın BRICS vasitəsilə müxtəlif ölkələrlə, o cümlədən müxtəlif siyasi partiyalarla əməkdaşlıq məsələləri nəzərdən keçirilib. ICAPP-ın YUNESKO ilə əməkdaşlığının genişləndirilməsi imkanları barədə də təkliflər səsləndirilib.

Həmin gün Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen adından Assambleyanın iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024