Mobil versiya
Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu - YENİLƏNİB
Tarix: 23-11-2024 | Saat: 13:58
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu -

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

FHN-dən aia.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***12:31

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

aia.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə