Meymunçiçəyi səbəbiylə qlobal fövqəladə vəziyyət davam edir
Tarix: 23-11-2024 | Saat: 14:00
Bölmə:Karusel / Dünya | çapa göndər
Avqustun 14-də empoks ("mpox"- meymunçiçəyi) xəstəliyinin yayılması ilə əlaqədar elan edilmiş qlobal səviyyədə fövqəladə vəziyyət aktual olaraq qalır.
aia.az xəbər verir ki, bu qərarı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "mpox" üzrə fövqəladə hallar komitəsinə daxil olan ekspertlərin tövsiyələri əsasında qəbul edib.
ÜST-nin Cenevrədəki qərargahının məlumatına görə, komitə noyabrın 22-də bu ilin avqustundan bəri meymunçiçəyi xəstəliyinin “artan hallarına görə” ikinci dəfə iclas keçirib. Qebreyesus xəstəliyin "beynəlxalq narahatlıq doğuracaq səviyyədə davam etdiyi" ilə bağlı mütəxəssislərin rəyi ilə razılaşıb. Bu qənaətə gəlmək üçün əsas səbəb yoluxma hallarının sayının artması və "mpox"un coğrafi yayılmasının davam etməsi olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-11-2024