Mobil versiya
Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu” keçirilib -Fotolar
Tarix: 20-11-2024 | Saat: 17:16
Bölmə:İqtisadiyyat | çapa göndər

Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu” keçirilib

Polşa səfirliyinin təşkilatçılığı ilə Bakı şəhərində "Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu" keçirilib. Tədbirdə Polşa Respublikasının İqlim və ətraf mühit naziri müavininin başçılığı altında nümayəndə heyəti, bu heyətin tərkibində Polşanın enerji sektorunun əsas şirkəti olan PGE Kapital Qrupunun prezidenti, Polşanın yaşıl layihələrini ölkə daxilində və xaricdə geniş şəkildə maliyyələşdirən BGK Polşa inkişaf bankının direktoru, Polşa Bank Assosiasiyasının vitse-prezidenti, o cümlədən, COP29-da təmsil olunan Polşa və Azərbaycan şirkətlərinin məsul şəxsləri, sahibkarlar, Azərbaycan Respublikasının İş Adamları Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri və digərləri iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin ekspertlərinin də qatıldığı Forumda Azərbaycanda atmosferə atılan zərərli maddələr, tullantı suları və neft sənayesinin qalıqlarının emalı üzrə innovativ texnologiyalar, bərpa olunan enerji resursları, yeni yaşıl texnologiyaların tətbiqi üsulları, istehsalatda dekarbonizasiyanın təşviqi, həmçinin Polşa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yaşıl layihələrə nəzərdə tutulan kredit imkanları üzrə prezentasiyalar təqdim olunub.
Tədbirdə COP29 proqramına uyğun və dünya standratlarına cavab verən müasir modellər üzrə Polşa şirkətlərinin nümayəndələri tərəfindən irəli sürülən əməkdaşlıq təklifləri iştirakçılar tərəfindən dəstəklənib.
Qeyd edək ki, Polşa şirkətləri ölkənin İqlim və Ətraf Mühit Nazirliyi tərəfindən icra edilən və yerli sahibkarlar tərəfindən təqdim olunan ətraf mühit texnologiyalarının yayılması üçün dost mühitin yaradılmasına yönəlmiş "Greenevo” texnoloji platforması altında birləşib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024