Mobil versiya
Düşmənin başını əzən, birliyimizin rəmzi olan dəmir yumruq
Tarix: 14-11-2024 | Saat: 15:21
Bölmə:Özəl | çapa göndər

Düşmənin başını əzən, birliyimizin rəmzi olan dəmir yumruq

Biz tariximizin daha şanlı bir qəhrəmanlıq səhifəsini yazdıq. Bu şanlı tariximizin əsasını təşkil edən "Dəmir Yumruq" əməliyyatı təkcə rəşadətli ordumuzun apardığı mübarizə deyil, eyni zamanda, Müzəffər Ali Baş Komandanın siyasi və diplomatik mübarizəsi, dünya azərbaycanlılarının həmrəyliyinin və birliyinin nümayişi oldu. Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşərək qələbəyə gedən yolumuzu təmin etdi.
Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdığı qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Vətən müharibəsində dövlətimizin və ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir.
Beləliklə, 44 günlük müharibə böyük bir dərs və dastan oldu. Əsas məqsəd vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqlarımız danışıqlar, müzakirə yolu ilə deyil, hərbi yolla azad olundu. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi Azərbaycanın Şanlı Ordusu. Şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən onların intiqamı elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı və fədakarlığı sayəsində qısa müddət ərzində qələbə qazandıq. İmzalanan bəyanatda da düşmən məğlubiyyətini etiraf etdi.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 21 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzunu yüksəltmiş, dünyada strateji əhəmiyyətini artırmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində, 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.
Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin və milli-mənəvi dəyərlərimizin qorunması həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.
Düşmənin başını əzən, birliyimizin rəmzi olan "Dəmir Yumruq" əməliyyatı Azərbaycan xalqı və dövləti üçün tarixi bir zəfər olaraq qəbul edilir və hərbi gücün və milli birlik ruhunun simvolu olaraq yaddaşlarda qalacaqdır.
Yaşasın Azərbaycan! Yaşasın şanlı və qüdrətli ordumuz!

Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024