Mobil versiya
"Səhvlərimizi ordunun üstünə atırıq" - Paşinyan yenə müharibədən danışdı
Tarix: 14-11-2024 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

"Səhvlərimizi ordunun üstünə atırıq" -

44 günlük müharibə zamanı könüllü dəstələr yaradaraq döyüş meydanına çıxmaq üçün çağırışlar edən Ermənistanın baş naziri Nikol Paşinyan indi könüllülüyü dövlətin yoxluğunun simvolu hesab edir.

aia.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan parlamentdə büdcə müzakirəsi zamanı deyibş

Paşinyanın sözlərinə görə, Müdafiə Nazirliyinin 10 ən böyük vergi ödəyicisindən biri olması ermənilərin sosial-psixologiyasında müəyyən problemin olması deməkdir: "Ümumiyyətlə, ordunun müqəddəsləşdirilməsi konsepsiyasının daşıyıcısı olmuş, sonra isə acı reallıqla üzləşmiş bir şəxs kimi sizə ordunu müqəddəsləşdirmək yanaşmasını dayandırmağı məsləhət görürəm, çünki bu, 3-cü Cümhuriyyət dövründə hamımızın etdiyi ən böyük səhvdir. Orduya hörmət, ehtiram və qayğı ilə yanaşmaq lazımdır, amma ordu müqəddəslik obyekti olmamalıdır, çünki bu, gözümüzü kor edir və biz öz problemimizi, uzun illər idi ordunun tənəzzülünü və bizdə olan tənəzzülü görmürük.

Deyirik ki, ordu hərəkət edər, dərdini mən çəkərəm, əsgərimiz də qısılmış, donmuş halda Madaqaskara qədər gedər. Düşünməyin ki, biz ordunu sevirik, ona görə də bunu edirik, bunu səhvlərimizi o yazıq əsgərin, ordunun üstünə atmaq üçün edirik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə