COP29-u boykot etməyə çağıranların özləri boykot olundular
Tarix: 13-11-2024 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin humanizm prinsiplərinin, ümumbəşəri dəyərlərin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl, sistemli siyasətin tərkib hissəsidir.
Bu sözləri mətbuata açıqlamasında Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışını şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib.
Ölkəmizin çoxtərəfliliyin tərəfdarı olduğunu qeyd edən millət vəkili, multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu bildirib:
“Cənab Prezidentin vurğuladığı kimi, tolerantlıq, çoxmədəniyyətlilik bizim həyat tərzimizdir. Azərbaycan dövləti, sadəcə xalqımıza məxsus olan bu ali dəyəri konseptual şəkildə sistemləşdirərək dövlət siyasətinin tərkib hissəsinə çevirib. Biz, bu gün yüksək bəşəri dəyərlərdən söz açıb bəşəriyyətin gələcəyini, sülhü, əminamanlığı təhdid edənlərdən fərqli olaraq, çoxmədəniyyətliliyi, multikultral dözümlülüyü gündəlik həyatımızda yaşayırıq, beynəlxalq təşkilatların kürsülərindən “oynamırıq”. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır”.
Azər Kərimli təəssüflə vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən ölkəmiz, heç bir əsas və zəmin olmadan hədəfə çevrilib:
“Pradoksal da olsa, hətta dezinformasiyalara, saxta xəbərlərə qarşı mübarizə aparmağa borclu olan bir sıra qruplar, bu mühüm tədbir öncəsi dezinformasiya və saxta xəbərlərin daşıyıcısına çevrilməyi belə məqbul hesab etdilər və iqlim dəyişikliklərinin fəsadları ilə mübarizəyə xidmət edən ümumbəşəri bir tədbirdən öz cılız maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Baxmayaraq ki, Azərbaycan yaşıl enerjiyə keçidi uzun illərdir ki təşviq edir və bu istiqamətdə kifayət qədər ciddi, sistemli addımlar atır, ölkəmizə qarşı qarayaxma kampaniyasının ideoloqları və icraçıları Azərbaycanı sadəcə neft-qaz ölkəsi adlandırır, ölkəmizdə, yalnız ənənəvi enerji sektoruna edilən yatırımlardan söz açır və bundan öz bəsit arqumentlərini əsaslandırmaq üçün istifadə etməyə çalışırlar. Halbuki, bir sıra Qərb ölkələri ilə müqayisədə, Azərbaycanın ənənəvi enerji sektoruna yönəltdiyi sərmayələr kölgədə qalır. Məsələn, Norveç 2024-cü ildə yeni neft və qaz yataqlarının istismarına 23,4 milyard ABŞ dolları vəsait yatırıb. Birləşmiş Ştatların 2022-ci ildən şelf qazı yataqlarının işlənməsi ilə bağlı həyata keçirdiyi 5 illik layihəyə qoyulan investisiyaların həcmi 800 milyard təşkil edir. Norveç 2024-cü ilin may ayından təbii qaz yataqlarının istismarını və təbii qazın tədarükünü 17% artırıb. İndi öz gözlərində tiri görməyənlərin, bizim gözümüzdə tük axtarışına çıxmaları, ən yaxşı halda siyasi ikiüzlülük kimi qiymətləndirilə bilər. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Amma bu dəfə də, onların ölkəmizə qarşı apardıqları kampaniya iflasa uğradı.
COP29-u boykot etməyə çağıranların, son nəticədə özləri beynəlxalq birlik tərəfindən boykot olundular”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024