Mobil versiya
Əlamətdar və tarixi gün
Tarix: 08-05-2024 | Saat: 14:38
Bölmə:Siyasət / Özəl | çapa göndər

Əlamətdar və tarixi gün

Dünya siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirən ölkələrdən birinə çevrilmişdir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Bir çox dövlətlərlə strateji tərəfdaşlıq, səmimi dostluq münasibətlərinin mövcudluğu və getdikcə inkişaf etməsi bunu deməyə əsas verir. Azərbaycan həmçinin Şərqi Avropa dövlətləri ilə fəal əməkdaşlıq kursunu davam etdirir. Onlardan biri də Slovakiya Respublikasıdır. Bu ölkə ilə çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Mayın 7-də ölkəmizə rəsmi səfərə gələn Slovakiya Respublikasının Baş naziri Robert Fitso səfər çərçivəsində bir sıra görüşlər keçirmiş, ölklərimiz arasında əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
“Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür”-deyə qeyd edən ölkəmizin başçısı cənab İlham Əliyev bildirib ki, “səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.”
İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin olduğunu bildirən cənab İlham Əliyev bundan sonra müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara start verilmişdir.
Yaxın vaxtlarda Azərbaycan təbii qazının ixrac edildiyi 9-cu ölkənin Slovakiya olacağını bildirən cənab Prezident keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandığını və bu sənəd əsasında Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yarandığını bildirmişdir.
“Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək”-deyə bildirən ölkə başçısı münasibətlərin səmimi və dinamik inkişafda olduğuna işarə vurmuşdur.
Cənab Prezidentin uzaqgörən və müdrik siyasəti nəticəsində Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığın yaradılması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsində mühüm rol oynayacaqdır. İnanırıq ki, Azərbaycanın Slovakiya ilə əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024