Mobil versiya
Qəhvə qiymətləri son 45 ilin ən yüksək səviyyəsinə qalxıb
Tarix: 06-05-2024 | Saat: 19:54
Bölmə:Özəl | çapa göndər

Qəhvə qiymətləri son 45 ilin ən yüksək səviyyəsinə qalxıb

Beynəlxalq Qəhvə Təşkilatının (ICO) hesabatına görə, Robusta qəhvəsinin qiymətləri son 45 ilin ən yüksək səviyyəsinə yüksəlib. ICO-nun əsas bazarlarda spot qiymətlərin məcmusundan hesabladığı topdansatış qiymət göstəricisi ay ərzində 16,8 faiz artıb.Espressonun hazırlanması üçün istifadə edilən qəhvənin qiyməti aprel ayında 1979-cu ildən bəri ən yüksək həddə çataraq funtu 1,94 dollara (kiloqramı 4,27 dollar) çatıb. Bu, ən böyük robusta istehsalçısı olan Vyetnamın əkinçilik ərazilərindəki quraqlıq və istilər səbəbindən baş verib. Hesabatda qeyd olunur ki, ölkə keçmiş və cari mövsümlərdə məhsul çatışmazlığından sonra çətinliklərlə üzləşməkdə davam edir.
Bu xammalın aparıcı ixracatçısı olan Vyetnamda istehsal həcminin azalması gözlənilməz olmadı. Hələ ötən ilin noyabrında Milli Qəhvə Assosiasiyası quru hava səbəbindən məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı, lakin məlum oldu ki, reallıqda söhbət onun həcminin 20 faiz azalmasından gedir.

Bu ilin yazında kakaoda da rekord qiymət artımı qeydə alınıb, lakin ötən həftə onun qiyməti təxminən 30 faiz itirərək kəskin ucuzlaşıb. Bu, alıcıların artan qiymətləri saxlamaq üçün pullarının qalmaması səbəbindən baş verib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024