Mobil versiya
Almaniyanın “Siemens” şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Avstriyadan dəvət olunmuş mütəxəssis expert Bakı Sağlamlıq Mərkəzinin qonağı olub. -Fotolar
Tarix: 17-04-2024 | Saat: 22:01
Bölmə:Səhiyyə | çapa göndər

Almaniyanın “Siemens” şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Avstriyadan dəvət olunmuş mütəxəssis expert Bakı Sağlamlıq Mərkəzinin qonağı olub.

“Highlights in cardiac and neuro imaging” mövzusu ilə çıxış edən xarici qonağımız iştirakçılara yeni nəsil Kompüter Tomoqrafiyası (KT) cihazlarının imkanları, texniki prinsipleri, süni intellektin bu cihazlarda istifadə qaydaları və yeni nəsil Kardio Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarının nevrologiyada istifadəsi zamanı klinik işləri hansı səviyyədə asandlaşdırlıması haqqında geniş məlumat verib.

Bunlardan əlavə olaraq görüşdə mobil KT cihazlarının reanimasiya və insult xəstələri üçün faydalarından geniş şəkildə bəhs olundu.

Görüşdə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsinin əhəmiyyətini vurğulayaraq, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəssisəmizdə müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində davamlı işlər görüldüyünü diqqətə çatdırdı.

Qonaqlar dəvətə və qonaqpərvərliyə görə Bakı Sağlamlıq Mərkəzinin təhsil-təlim komitəsinə təşəkkür edərək, bu tip görüşlərin önəmindən bəhs etdi. Mərkəzimizdə görülən işlər və yaradılan şəraitin Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Geniş müzakirə və sual-cavab sessiyası ilə yekunlaşan görüşdən görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024