Mobil versiya
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Aleksey Juravlev
Tarix: 17-04-2024 | Saat: 17:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarabağda sülhməramlılara ehtiyac yoxdur -

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyasını tam yerinə yetirilmiş hesab etmək olar.

aia.az xəbər verir ki, bunu Rusiya Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev (Rodina partiyası) bildirib.

Onun sözlərinə görə, sülhməramlılar qan tökülməsinin qarşısının alınmasında mühüm rol oynayıb.

“Mülki əhali xilas edilib, onlara evakuasiya zamanı, müalicə, su və yeməklə köməklik göstərilib. Deməli, hərbçilərimiz artıq vətənə qayıtmalıdır”, - deyə Juravlev vurğulayıb.

Rusiyalı deputat qeyd edib ki, artıq sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda döyüşən tərəflər yoxdur və Qarabağın Azərbaycana məxsus olması ilə bağlı heç kim mübahisə etmir.

“Münaqişənin davam etdiyi bir vaxtda orada Rusiya kontingenti lazım idi və 2023-cü ildə orada böyük qan tökülməsinin qarşısını almaqda mühüm rol oynadı, döyüşən ordular arasında dayandı, üstəlik, bəzən buna yalnız canlar bahasına nail olundu”, - deyə o əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə