Mobil versiya
Levandovskidən het-trik, "Barsa"dan əzmkar qələbə
Tarix: 30-04-2024 | Saat: 10:20
Bölmə:İdman | çapa göndər

Levandovskidən het-trik, "Barsa"dan əzmkar qələbə

İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

aia.az xəbər verir ki, turun son oyununda “Barselona” öz meydanında “Valensiya”nı qəbul edib.

Kataloniya klubu fasiləyə hesabda geridə yollansa da, ikinci hissədə rəqibin azlıqda qalmasından yararlanaraq geridönüş edərək qələbə qazanıb.

“Barselona” - “Valensiya” - 4:2
Qollar: Fermin Lopez, 22 (1:0), Huqo Duro, 27 (1:1), Pepelu, 38-pen. (1:2), Robert Levandovski, 49 (2:2), 82 (3:2), 90+3 (4:2)
Qırmızı vərəqə: Giorgi Mamardaşvili, 45+4 (“Valensiya”)

Bu qələbə sayəsində xallarının sayını 73-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Valensiya” isə əvvəlki kimi 47 xalla turnir cədvəlində səkkizinci yeri tutur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024