Mobil versiya
Çingiz Abdullayev xəstəxanadan BURAXILDI
Tarix: 17-04-2024 | Saat: 16:58
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

Çingiz Abdullayev xəstəxanadan


Xalq yazıçısı Çingiz Abdullayev bu gün Mərkəzi Gömrük Hospitalından sağalaraq evə yazılıb

aia.az xəbər verir ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Azərbaycanın detektiv yazıçısı nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov və Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti Çingiz Abdullayevi evə yola salıblar.

Çingiz Abdullayev yüksək səviyyədə ona göstərilən tibbi xidmətlərə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayevə və ona gecə-gündüz onun sağalması üçün əlindən gələni edən bütün tibb heyətinə əməyini yüksək qiymətləndirərək, onlara təşəkkürünü bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024