Mobil versiya
Şarl Mişel Avropanı müharibəyə hazırlaşmağa ÇAĞIRDI
Tarix: 19-03-2024 | Saat: 16:30
Bölmə:Dünya | çapa göndər

Şarl Mişel Avropanı müharibəyə hazırlaşmağa

Avropa Şurasının rəhbəri Şarl Mişel qitədə sülhü qorumaq üçün Aİ ölkələrini müharibəyə hazırlaşmağa çağırıb.

aia.az xəbər verir ki, o, bu barədə Fransanın "Liberation" nəşri üçün köşə yazısında yazıb.

Materialda Mişel Aİ dövlətlərini Rusiyanı hərbi təhlükə kimi ciddi qəbul etməyə və istənilən ssenariyə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra İkinci Dünya Müharibəsindən sonra mövcud olan Avropa təhlükəsizlik arxitekturası dönməz şəkildə dəyişib. Mişelin nöqteyi-nəzərindən Rusiya “Avropa qitəsinə və qlobal təhlükəsizliyə ciddi hərbi təhdiddir”.

“Əgər biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq... Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır”,- Mişel yazıb.

O, Aİ-ni müharibəyə hazırlığı artırmaq, iqtisadiyyatı stimullaşdırmaq və iş yerləri ilə təmin etmək üçün 2030-cu ilə qədər müdafiə təchizatını artırmağa çalışmağa çağırıb. Mişel Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini də bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024