Mobil versiya
Milli Qurtuluş Günü ərəfəsində qanvermə aksiyası keçirilib -Fotolar
Tarix: 10-06-2023 | Saat: 11:49
Bölmə:Ölkə / Özəl | çapa göndər

Milli Qurtuluş Günü ərəfəsində qanvermə aksiyası keçirilib

15 iyun Milli Qurtuluş Günü ərəfəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

AİA.Az-ın Şimal zonası üzrə bölgə müxbiri xəbər verir ki, Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Aksiya hemofiliyalı və talassemiyalı xəstələrə eləcə də qana ehtiyacı olanlara kömək etmək məqsədilə keçirilib.

Aksiyada 100-dən çox rayon sakini iştirak edib. Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra 80 nəfərdən qan götürülüb.

Qeyd edək ki, aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

AİA.Az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024