Mobil versiya
AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir -Foto
Tarix: 08-06-2023 | Saat: 10:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir
 
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.
Sessiyada postpandemiya dövründə mühüm qlobal sosial məsələlər müzakirə edilir. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev iştirak edir.
İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024