Mobil versiya
Xəzər rayonunda daun və autizm sindromlu uşaqlar üçün xüsusi bayram tədbiri keçirilib -Fotolar
Tarix: 31-05-2023 | Saat: 20:11
Bölmə:Özəl | çapa göndər

Xəzər rayonunda daun və autizm sindromlu uşaqlar üçün xüsusi bayram tədbiri keçirilib

AİA.Az xəbər verir ki, Xəzər rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daun və autizm sindromlu uşaqlar üçün xüsusi bayram tədbiri və Əlifba bayramı keçirilib.

Belə ki, mayın 30-da Binə qəsəbəsində yerləşən 117 nömrəli tam orta məktəbdə təhsil alan daun və autizm sindromlu uşaqlar üçün xüsusi olaraq əlifba bayramı tədbiri təşkil edilmişdir. Bayram tədbirində Gənclər və İdman İdarəsinin əməkdaşları, həmçinin Azərbaycan Pençak - Silat Federasiyasının, habelə Azərbaycan MMA və Grappling Federasiyasının da nümayəndələri, Vətən Müharibəsi İştirakçısı, Tabor üzrə kəşfiyyatçı, qazi Loğman Abdullayev və digər qonaqlar iştirak etmişdir.

Tədbirin əsas məqsədi olaraq uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq, onlara diqqəti və qayğını göstərmək, eləcə də cəmiyyət üzrə inteqrasiyasına köməklik etmək olub. Uşaqlar onlar üçün təşkil olunmuş müxtəlif viktorinalar və oyunlarda böyük həvəslə iştirak ediblər. Səslənən şən mahnılar, habelə rəngarəng əyləncəli proqramlar ilə həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb. Sonda uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr paylanıb və xatirə şəkli çəkdirilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024