Mobil versiya
Tütünə yox deyək...
Tarix: 31-05-2023 | Saat: 20:06
Bölmə:Özəl | çapa göndər

Tütünə yox deyək...

Astara Pedaqoji Kollecində Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı sayəsində 31 may Dünya Tütünsüz gününə həsr olunmuş maarifləndirici seminar keçirildi. “ Tütünə yox deyək” başlıqlı tədbirdə çıxış edən Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova, Tələbə Gənclər Təşkilatının sədri Əminə Kələntərli, I kurs tələbələri- Fizuli Nəhmətli, Türkan Canıyeva , Rəsul Vahablı, Hüseyn Abdullayev zərərli vərdişlərin insan həyatında yaratdığı problemləri danışdılar, gəncləri dəyərli tövsiyələr əməl etməyə, siqaret və digər zərərli vərdişlərə düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə məsləhət bildilər . Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına üzv olan dövlətlərin təşəbbüsü ilə tütünün səbəb olduğu ölüm halları və xəstəliklər, tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədilə 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olduğu , tütünün öldürücü təsirləri haqqında faktlar və rəqəmlər, tütünün zərərli tərkibi, tənəffüs sisteminə, həzm sisteminə, ürək-damar sisteminə, sinir sisteminə, reproduktiv sağlamlığa təsiri, passiv siqaret çəkmənin fəsadları haqqında ətraflı məlumat verdilər.

Tədbirdə 2022-2023-cü Tədris ilində sağlam həyat tərzi və zərərli vərdişlər sahəsində APK TGT-nın həyata keçirdiyi tədbirlər göstərildi, qarşıda duran vəzifələr təhlil olundu. APK TGT-nın fəallarının hazırladığı “31 may Dünya Tütünsüz günü” mövzusunda video-çarxın nümayiş ilə tədbir başa çatdı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzv



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024