Mobil versiya
“Heydər Əliyev ideyaları Gəncənin yüksəlişinin istinad mənbəyidir” mövzusunda konfrans keçirilib
Tarix: 31-05-2023 | Saat: 19:11
Bölmə:Özəl | çapa göndər

“Heydər Əliyev ideyaları Gəncənin yüksəlişinin istinad mənbəyidir” mövzusunda konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Milli Qurtuluş Gününün 30 illik yubileyi münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları Gəncənin yüksəlişinin istinad mənbəyidir” mövzusunda konfrans keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ziyalılar iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin şəhərin Baş meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Konfransda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
İcra başçısı vurğulayıb ki, Heydər Əliyev Gəncənin Azərbaycan tarixindəki yerini və mövqeyini yaxşı bilirdi. Hədəf Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi. Məhz Heydər Əliyev dövründə Gəncənin iqtisadi potensialı yaradılmış, sonrakı inkişafına, tərəqqisinə möhkəm zəmin və bünövrə qoyulmuşdur.
Milli Məclisin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açıb. Bildirib ki, Heydər Əliyev dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün Dahi Öndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır.
B.Sadiqov qeyd edib ki, bu gün regionun gündəliyini Ulu Öndərin layiqli varisi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev diktə edir. Dünya gücləri məhz Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqlarla hesablaşırlar.
Konfransda “Heydər Əliyev Gəncənin yüksəlişinin və quruculuğunun banisidir”, “Heydər Əliyev irsi Gəncədə layiqincə yaşadılır”, “Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiya Azərbaycanı Zəfərə apardı” və “Heydər Əliyev ideyaları gəncəli gənclərin istinad mənbəyidir” mövzularında məruzlər dinlənilib.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024