Mobil versiya
FHN əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Tarix: 08-05-2021 | Saat: 12:10
Bölmə:Ölkə | çapa göndər

FHN əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyi 9 may 2021-ci il tarixindən - 16 may 2021-ci il tarixinədək bayram və istirahət günlərində (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində çalışacaq.

Bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024