Mobil versiya
Hesablama Palatası Şəmkirdə yoxlamalara başlayıb: - 10 min hektarlıq gübrə saxtakarlığı aşkarlanıb
Tarix: 07-07-2020 | Saat: 11:35
Bölmə:Manşet | çapa göndər

Hesablama Palatası Şəmkirdə yoxlamalara başlayıb:


Hesablama Palatası Şəmkirdə yoxlamalara başlayıb.

Ovqat.com-a bu barədə məlumat rayonun icra strukturlarından daxil olub.

Məlumata görə, dünən başlayan yoxlamalar nəticəsində 10 min hektara gübrə yazılaraq pulunun mənimsənilməsi faktı aşkarlanıb.

Maraqlıdır ki, sənədlərdə 46% azot elementi ehtiva edən karbamid gübrəsinin verildiyi şirkət Şəmkirdə yox, başqa rayonda qeydiyyatdan keçdiyi göstərilib. Bildirilir ki, əslində mövcud olmayan şirkətə külli miqdarda gübrənin verildiyi barədə sənədi icra hakimiyyətinin məsul şəxsləri ilə yanaşı bələdiyyə sədrləri də imzalayıb.

İnformasiya mənbəyimiz gübrə saxtakarlığının nə zaman edildiyi barədə heç nə deməsə də, karbamid kübrəsinin xarakteri bu barədə bəzi informasiyalar verir. Belə ki, yaşıllaşma prosesinin tezləşdirən karbamid gübrəsi adətən yaz aylarında torpağa səpilir. Mümkündür ki, bu saxtalaşdırma da məhz yaz aylarında baş verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024