Mobil versiya
Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur - Simonyan
Tarix: 25-04-2024 | Saat: 16:13
Bölmə:Siyasət | çapa göndər

Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur -

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.

aia.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Düzünü desəm, sərhəd dirəyini quraşdırdığımıza şadam”, - o qeyd edib.

A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur.

Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024