Mobil versiya
Zəhərlənərək ölən tələbə qızın yayda toyu olacaqdı - Yenilənib
Tarix: 21-11-2019 | Saat: 15:35
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Zəhərlənərək ölən tələbə qızın yayda toyu olacaqdı -


Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında huşsuz vəziyyətdə tapılan qızlar dünən təcili tibbi yardım çağırıblar.

Bu barədə aia.az -a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib.
“Qızlara təklif edilib ki, xəstəxanaya aparılsınlar. Xəstəxanaya getməkdən imtina ediblər. Təcili tibbi yardımın kimisə zorla xəstxanaya aparmaq hüququ yoxdur”.

Həmin vaxt qızların yüksək temperaturu olub, başları ağrıyıb. Onlara temperatura görə iynə vurulub.

Qeyd edək ki, BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib. Bu gün həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri dünyasını dəyişib. Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır.

Əldə etdiyimiz məlumata görə, əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı imiş, yayda onun toyu olacaqdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024