Mobil versiya
“Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
Tarix: 16-08-2019 | Saat: 17:45
Bölmə:Ölkə | çapa göndər

“Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir -




“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov tərəfindən "EsmaMedia TV" internet kanalının studiyasında Qurban bayramına həsr olunmuş növbəti xeyriyyə tədbiri keçirilmişdir.


Tədbirin təşəbbüskarı və təşkilatçısı "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin və İraq-Türkmən Yazarlar Birliyinin üzvü, tanınmış yazar-publisist Faiq Əhmədov olub.

Tədbiri giriş nitqi ilə açan Faiq Əhmədov ilk növbədə qonaqları, eləcə də bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik etmişdir.

"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri qeyd etmişdir ki, xeyriyyəçilik, ehtiyacı olanlara yardım mövzusunda cəmiyyətimizin məhz ziyalı təbəqəsinin digərlərinə də örnək olması xüsusilə vacib bir məqamdır.

Daha sonra öz çıxışında avqust ayının 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum gününün olduğunu xatırladan Faiq Əhmədov bu münasibətlə də öz ürək sözlərini söyləmişdir:

“Əziz dostlar, hörmətli tədbir iştirakçıları!

Bildiyiniz kimi avqust ayının 26-da Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Hamımıza məlumdur ki, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti və millət vəkili kimi doğma Vətənimizin yüksəlişi, Azərbaycanın xoşbəxt və təminatlı gələcəyi naminə göstərdiyi çoxşaxəli fəaliyyəti ölkəmizə, xalqımıza həqiqətən də misilsiz tövhələr bəxş edib.

Bu gün isə, Mehriban xanım Əliyeva artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində ölkəmizin və xalqımızın rifahı naminə daha geniş əhatədə öz fəaliyyətini davam etdirir.

Fürsətdən istifadə edib, şəxsən öz adımdan və bütün buraya toplaşan dostlarımızın adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı, gözəl ailəsilə birgə sonsuz sayda xoşbəxt illər və Azərbaycan adına yeni-yeni nailiyyətlər arzulayıram!”

Sonra çıxış edənlərdən Nazirlər Kabineti yanında itgi və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri Firdovsi Kazımov, "Azərbaycanın Səsi" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazarlar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şair-Publisist Balayar Sadiq, "Azərbaycanın Səsi" İctimai Birliyinin Mədəniyyət şöbəsinin müdiri, tanınmış müğənni Vəsilə Xanım Quluyeva, "Dünya, Ana və Uşaq" ictimai birliyinin sədri Dünya xanım Əliyeva, “Azərbaycanın Səsi” İB-nin “Gənclərlə Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi Sektoru”nun rəhbəri Mərhəmət Lələyev, "Azərbaycanın Səsi" İctimai Birliyinin "ictimaiətlə əlaqələr şöbəsi"nin müdiri İlahə xanım Məmmədova "Azərbaycanın Səsi" İctimai Birliyinin üzvü, yazar-Şairə Sevda xanım İbrahimli, “İraq-Azərbaycan Mədəni Əlaqələr” İctimai Birliyinin nümayəndəsi Tərlan xanım Salehi və Mətbuat nümayəndələrindən "EsmaMedia TV" İnternet kanalının Baş Drektoru, "Müstəqil Lider" jurnalının şöbə müdiri Fəridə xanım Abdullayeva, Doğruxəbər saytının rəhbəri Kamal Əsgərov Qurban bayramının mahiyyəti barədə danışaraq, bu əsasda İslam dininin birlik, bərabərlik və yardımsevərlik carçısı olmasını bir daha xüsusilə vurğulayaraq, qeyd etmişlər ki, bu kimi tədbirlər digər KİV və elektron informasiya vasitələri üçün də örnək olmalı və imkanlı şəxslərin cəmiyyətin daha az təminatlı üzvlərinə yardım göstərmələri hər cür təqdir olunmalıdır.

Onuda qeyd edək ki, qurumun İdarə Heyəti tərəfindən müqəddəs Qurban bayramı münasibətilə 26 ailəyə bayram sovqatlarının verilməsi barədə qərar qəbul edilmişdir.

Bundan başqa tədbirdən öncə qurbanlar kəsilmiş və onların da əti tədbirin gedişi zamanı şəriət qanunlarına uyğun olaraq, studiyaya dəvət olunmuş ehtiyacı olan insanlara, tədbirdə iştirak edən qonaqlara və eləcə də qurumun üzvlərinə paylanmışdır.

Daha sonra məşhədi Faiq Əhmədov bu xeyriyyəçilik fəaliyyətində onlara daim göstərdikləri dəstəyə görə “Bravo” marketlər şəbəkəsinin rəhbərliyinə xususi təşəkkürünü bildirmisdir.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

Hazırladı: İlahə Məmmədova;
Çəkiliş və Fotolar: Zakir Müslümova məxsusdur.

aia.az




































Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024