Asif Əsgərov Zaqatala Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şıxamir Qaflanovun anım günü ilə əlaqədar tədbirlərdə iştirak edib -Fotolar
Tarix: 20-10-2026 | Saat: 14:54
Bölmə:Gündəm | çapa göndər

Zaqatala rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şıxamir Qaflanovun anım günü ilə əlaqədar tədbirlərdə Milli Məclisin deputatı Asif Əsgərov iştirak edib.
İlk olaraq millət vəkili şəhid mayor Şıxamir Qaflanovun məzarını ziyarət edib. Şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə məzarı üzərinə gül dəstələri qoyulub, qəhrəmanımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid mayor Şıxamir Qaflanovun anım gününə həsr olunmuş “Şəhidlik zirvəsi ucadan uca” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Şagirdlərin çıxışlarında Vətənə sevgi, qəhrəmanlarımıza ehtiram, şəhidlərimizin xatirəsinə hörmət və milli-mənəvi dəyərlərimizə bağlılıq ifadə edilib.
Millət vəkili Asif Əsgərov çıxışında şəhid Şıxamir Qaflanovun Vətən qarşısındakı xidmətlərindən, döyüş yolundan və göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın fədakarlığının heç zaman unudulmayacağını vurğulayıb.
Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun gücləndirilməsi və dövlətimizin qətiyyətli mövqeyi ölkəmizin tarixi Zəfərinin əldə olunmasında mühüm rol oynayıb. Şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların Vətənə sədaqət nümunəsi gələcək nəsillər üçün daim örnək olacaq.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov, şəhid mayor Şıxamir Qaflanovun qardaşı, polis polkovnik-leytenantı Qurban Qaflanov da çıxış ediblər. Çıxışlarda Şıxamir Qaflanovun şərəfli döyüş yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Eyni zamanda, Azərbaycan Ordusunun qüdrəti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti gələcək nəsillər üçün əbədi örnəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2026