Tramp üçün 276 milyonundan keçdi
Tarix: 13-10-2026 | Saat: 09:21
Bölmə:Dünya / Karusel | çapa göndər

ABŞ-li milyarder İlon Mask noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkiləri öncəsi Respublikaçılar Partiyasına 276 milyon dollar ianə edib. Bu məbləğlə o, seçki kampaniyası çərçivəsində partiyanın ən böyük donoru olub.
aia.az xəbər verir ki, Maskın iyul ayından bəri etdiyi ianələrin 158 milyon dolları Respublikaçı Senat namizədlərini dəstəkləyən Senat Liderlik Fonduna yönəldilib.
Milyarder özünün siyasi fəaliyyət komitəsi olan “America PAC” vasitəsilə də 76 milyon dollar bağışlayıb.
Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü, eləcə də, Senatın 100 yerindən 33-ü müəyyənləşəcək. Respublikaçılar Konqresdəki çoxluqlarını qorumağa çalışırlar.
Mask 2024-cü il prezident seçkilərində də Donald Trampı və digər Respublikaçı namizədləri dəstəkləyərək təxminən 288 milyon dollar ianə etmişdi. Əvvəllər siyasi xərclərini azaltmağı düşündüyünü bildirsə də, milyarder 2026-cı il seçkiləri ərəfəsində Respublikaçılara yenidən böyük məbləğdə maliyyə dəstəyi göstərib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-10-2026
12-10-2026