Mobil versiya
Novruzəli Aslanov İsmayıllının üç kəndində vətəndaşları qəbul edib -Fotolar
Tarix: 08-10-2026 | Saat: 13:50
Bölmə:Manşet / Özəl | çapa göndər

Novruzəli Aslanov İsmayıllının üç kəndində vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov 08 oktyabr 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb.

aia.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları rayonun 3 kəndində qəbul edib. Birinci görüş Qalacıq kəndində keçirilib. Daha sonra N.Aslanov rayonun İstisu və Sumağallı kəndlərində vətəndaşları qəbul edib. Hər üç qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib.

Novruzəli Aslanov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbullarda iştirak edən Qalacıq, İstisu və Sumağallı kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2026