İran ABŞ-yə cavabını belə çatdıracaq
Tarix: 08-10-2026 | Saat: 09:19
Bölmə:Karusel / Dünya | çapa göndər

“İran ABŞ-nin danışıqlarda təqdim etdiyi təkliflərə cavabını vasitəçilər vasitəsilə çatdıracaq”.
aia.az xəbər verir ki, bunu IRNA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
O qeyd edib ki, Tehranın əsas tələbləri bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin bərpa olunmasıdır.
Bəqayi İran və ABŞ arasında mesaj mübadiləsinin birbaşa deyil, vasitəçilər üzərindən aparıldığını vurğulayıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftə Hörmüz boğazının açılması və hərbi əməliyyatların dayandırılması ilə bağlı 7 günlük plan açıqlayıb. Plan vasitəçilər üzərindən ABŞ-yə çatdırılıb və Vaşinqtonun da buna münasibətini təqdim etdiyi bildirilib.
Plana əsasən, ABŞ müəyyən şərtləri yerinə yetirdiyi halda Hörmüz boğazının açılması və daha sonra yekun razılaşma üzrə danışıqlara başlanması nəzərdə tutulur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-10-2026