Uşaqlar dərsə odunla gedir, sinifdə ilanlar, yarasalar "qaynaşır"– Göyçay məktəbində SOS
Tarix: 07-10-2026 | Saat: 23:00
Bölmə:Təhsil | çapa göndər

Göyçay rayonunun Qızılağac kənd tam orta məktəbində illərdir dəyişməyən mənzərə şagird və valideynlərin ciddi narazılığına səbəb olub. 1960-cı ildə istifadəyə verilən ikimərtəbəli məktəb binası hazırda qəzalı vəziyyətdədir. İstilik sistemi yoxdur, pəncərələr sıradan çıxıb, döşəmə və tavanlar yararsız hala düşüb. Qışda sinifləri qızdırmaq üçün odun yandırılır, uşaqlar növbə ilə məktəbə odun gətirir.
Bu barədə Musavat.com-a məlumat verən məktəbin məzunu Cavid Məhərrəmli deyib ki, 2013-cü ildə bu məktəbi bitirəndə gördüyü problemlərin əksəriyyəti bu gün də qalır. Onun sözlərinə görə, məktəbdə vəziyyət o qədər ağırdır ki, uşaqlar soyuq aylarda dərsə gedərkən çantaları ilə yanaşı, odun da aparmalı olurlar: “2013-cü ildə bu məktəbi bitirmişəm. Oxuduğum dövrdən bu günədək məktəbdəki vəziyyət demək olar ki, dəyişməyib. Hazırda məktəbdə 24 müəllim, 12 texniki işçi, 158 şagird var. Tədris ilinin əsas hissəsi də payız və qış aylarına düşür, amma məktəbin istilik sistemi yoxdur. Odun alınmasına vəsait ayrılsa da, sinifləri qızdırmaq üçün uşaqlar növbə ilə özləri də odun gətirirlər. Pəncərələr sıradan çıxıb, qışda soyuq içəri dolmasın deyə klyonka ilə bağlanır”.
Cavid Məhərrəmlinin sözlərinə görə, problem təkcə istiliklə bitmir. Məktəbin özünün təhlükəsizliyi də sual altındadır. Binanın bəzi hissələri o qədər köhnəlib ki, həmin otaqlara ümumiyyətlə daxil olmaq mümkün deyil: "Bina tamamilə qəzalı vəziyyətdədir, uçmaq təhlükəsi var. Bəzi otaqlara təhlükə daha böyük olduğu üçün ümumiyyətlə girilmir. İstilik sisteminin olmaması, binanın köhnəliyi və ümumi şərait səbəbindən müəllim və şagirdlər il ərzində dəfələrlə xəstələnirlər. Təmizlik də normal şəkildə mümkün deyil. Antisanitar vəziyyət hökm sürür. Sanitar qovşağın vəziyyəti isə, demək olar ki, sıfır səviyyəsindədir”.
Məktəbin məzunu hesab edir ki, bu binanı daha təmir etməklə vəziyyətdən çıxmaq mümkün deyil. Onun fikrincə, məktəbin yenidən tikilməsinə ehtiyac var: “İndiki vəziyyətdə məktəbin tədris üçün yararlılığı demək olar ki, yoxdur. Məncə, binanın təmiri artıq mümkün deyil. Aidiyyəti qurumlar gəlib yerində baxsalar, özləri də görəcəklər ki, məktəb fundamental şəkildə yenidən tikilməlidir. Vaxtında əsaslı təmir olunsaydı, bəlkə də bina daha 30-40 il istifadə edilə bilərdi. Amma indi vəziyyət tamam başqadır”.
Qızılağac kəndinin digər sakinləri də redaksiyaya şikayətlərində məktəbin vəziyyətindən narazı olduqlarını dilə gətirdilər. Onların sözlərinə görə, binaya daxil olan kimi ilk diqqəti çəkən mənzərə köhnəlik və baxımsızlıqdır. Qapılar, pəncərələr, döşəmə və tavanlar yararsız vəziyyətdədir. Pəncərələrin sınıq hissələri müxtəlif materiallarla bağlanır. Kənd sakinlərinin bildirdiyinə görə, qışda uşaqlar məktəbə gedərkən özləri ilə odun aparmalı olurlar. Siniflərdə odun yandırılması isə başqa problem yaradır: tüstü otaqlara dolur və uşaqlar dərs zamanı tüstünün içində qalırlar.
Şagirdlərin sözlərinə görə, soyuq havalarda sinifdə üst geyimində oturmaq məcburiyyətində qalırlar. Yay aylarında isə məktəbdə ilan, müxtəlif həşərat və yarasaların görünməsi ilə bağlı narazılıqlar var. Bəzi şagirdlər siniflərdə qırxayaq kimi həşəratların gəzdiyini də bildirirlər.
Məktəbin döşəməsi, tavanı və idman zalının da yararsız vəziyyətdə olduğu deyilir. Binanın bəzi hissələrində uçub-tökülmələrin olduğu bildirilir.
Kənd sakinləri bu vəziyyətin uşaqların sağlamlığına və dərsə davamiyyətinə də təsir etdiyini söyləyirlər. Onların sözlərinə görə, imkanı olan valideynlər övladlarını xəstələnməsinlər deyə şəhər məktəblərinə aparırlar. Məktəbdə təhsilini davam etdirən uşaqlar isə soyuq, toz və antisanitar şəraitlə üz-üzə qalırlar.
Qızılağac kənd tam orta məktəbi yalnız kəndin deyil, ətraf yaşayış məntəqələrinin də uşaqlarına xidmət edir. Yuxarı Mollahacılı və digər kəndlərdən olan şagirdlər də təhsil almaq üçün bu məktəbə gəlirlər.
Kənd sakinləri illərdir davam edən problemin artıq həllini istəyirlər. Onların əsas tələbi uşaqların təhlükəli və yararsız binadan çıxarılaraq normal, təhlükəsiz və müasir məktəblə təmin olunmasıdır.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu göndərdik. Qurumdan Musavat.com-a bildirilib: "Sorğuya cavab olaraq bildiririk ki, Göyçay rayonu Qızılağac kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Məktəbin təmir olunması ilə bağlı layihə sənədləri aidiyyəti üzrə təqdim edilib. Məktəbin yenidən tikilməsi nəzərdə tutulur. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipləri əsasında həyata keçirilir".

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-10-2026
16:23 Zəfərdən yeni hədəflərə