Tamam Cəfərova: "Azərbaycan–ŞƏT əlaqələri beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır"
Tarix: 01-09-2026 | Saat: 20:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək məqsədilə avqustun 31-də Qırğız Respublikasına işgüzar səfəri Azərbaycanın Mərkəzi Asiya siyasətində son dövrdə formalaşan yeni dinamikanın mühüm tərkib hissəsidir. Bu səfər yalnız ŞƏT Sammitində iştirak kimi deyil, Azərbaycanın Mərkəzi Asiya regionunda artan siyasi və iqtisadi fəallığının, eləcə də Qırğızıstanla strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusilə iyulun sonunda Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması və Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni müstəviyə yüksəlməsi bu proses üçün mühüm siyasi baza yaradıb. Bununla yanaşı, nəqliyyat, energetika, kibertəhlükəsizlik, maliyyə, iqtisadiyyat və digər sahələri əhatə edən çoxsaylı sənədlərin imzalanması əməkdaşlığın siyasi bəyanatlardan real layihələr mərhələsinə keçdiyini göstərir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının artırılması isə siyasi müttəfiqliyin konkret iqtisadi layihələr və qarşılıqlı investisiyalarla möhkəmləndirildiyini nümayiş etdirir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana budəfəki səfəri və ŞƏT Sammitində iştirakı son aylarda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında intensivləşən münasibətlərin məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın regionun çoxşaxəli əməkdaşlıq və inteqrasiya proseslərində fəal rolunu daha da gücləndirən mühüm siyasi hadisədir.
Əslində, bu səfəri yalnız Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Çünki Azərbaycan Prezidentinin Qırğızıstana ardıcıl səfərləri və burada keçirilən yüksək səviyyəli görüşlər Bakı ilə Bişkek arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bu münasibətlərin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. İki ölkə türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatının imkanlarının genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında ortaq maraqlara malikdir.
Azərbaycan üçün Qırğızıstan Mərkəzi Asiyada mühüm tərəfdaşlardan biridir. Qırğızıstan üçün isə Azərbaycan Avropa və dünya bazarlarına çıxış baxımından mühüm nəqliyyat və logistika imkanlarına malik strateji tərəfdaşdır. Bu baxımdan Xəzər üzərindən keçən marşrutlar, Orta Dəhliz və Şərq-Qərb nəqliyyat bağlantıları iki ölkənin əməkdaşlığında getdikcə daha böyük əhəmiyyət qazanır.
Münasibətlərin yalnız mərkəzi hökumətlər səviyyəsində deyil, şəhərlərarası əlaqələr müstəvisində də inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş arasında qardaşlaşma əlaqələrinin yaradılması xalqlarımız arasında münasibətlərin sosial və humanitar əsaslarını daha da möhkəmləndirir.
Azərbaycan-Qırğızıstan münasibətlərinin bugünkü səviyyəsi Prezident İlham Əliyevin türk dünyası ilə münasibətlərin inkişafına verdiyi xüsusi önəmin nəticəsidir. Bu əlaqələrdə qarşılıqlı etimad, siyasi həmrəylik və strateji maraqların uzlaşması əsas rol oynayır.
İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, əslində, daha geniş bir prosesin – türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın dərinləşməsinin göstəricisidir.
Bu baxımdan Bişkek səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin əldə etdiyi nəticələrin möhkəmləndirilməsi ilə yanaşı, qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından da mühüm siyasi əhəmiyyət daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-09-2026