Pentaqonda yüksək səviyyəli istefa: Trampın ordu naziri postunu tərk edir
Tarix: 01-09-2026 | Saat: 18:44
Bölmə:Özəl | çapa göndər

ABŞ Ordu naziri Daniel Driscoll istefa ərizəsini Prezident Donald Trampa təqdim edib. Bildirilir ki, bu qərar onun Pentaqon rəhbəri Pit Heqsetlə aylarla davam edən fikir ayrılıqlarından sonra verilib. Driscollun yaxın günlərdə vəzifəsini tərk edəcəyi gözlənilir.
Ağ Ev istefa ilə bağlı məlumatı təsdiqləyib. Administrasiya Driscollun fəaliyyəti dövründə ABŞ Ordusunun döyüş hazırlığının gücləndirilməsində, hərbi əməliyyatların idarə edilməsində və Rusiya-Ukrayna danışıqlarına dəstək göstərilməsində mühüm rol oynadığını bildirib.
Driscoll diplomatik proseslərdə də iştirak edib. Donald Tramp 2025-ci ilin noyabrında onu Ukrayna üzrə sülh razılaşması üzərində çalışan nümayəndə heyətinə daxil etmişdi. O, 2026-cı ilin fevralında Cenevrədə Moskva, Kiyev və Vaşinqton nümayəndələrinin üçtərəfli danışıqlarında iştirak edib.
Driscollun 2026-cı ilin sentyabrında postundan ayrılmaq istədiyi daha əvvəl də gündəmə gəlmişdi. Tramp administrasiyasının isə onun ən azı ilin sonunadək vəzifədə qalmasını istədiyi bildirilirdi.
ABŞ mediasında Driscollun mümkün varisi ilə bağlı da ilk iddialar yayılıb. Pentaqon rəhbəri Pit Heqsetin kommunikasiya məsələləri üzrə köməkçisi Şon Parnelin Ordu naziri vəzifəsinə namizədlərdən biri kimi nəzərdən keçirildiyi bildirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-09-2026