Səttar Möhbalıyev: Bişkekdən dünyaya verilən mesaj-Azərbaycan sülhün, əməkdaşlığın və ədalətli dünya nizamının tərəfindədir
Tarix: 01-09-2026 | Saat: 18:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüş Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal və prinsipial mövqeyini bir daha nümayiş etdirən mühüm siyasi platformaya çevrildi. Sentyabrın 1-də Qırğızıstanın paytaxtında keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin həm Mərkəzi Asiya, həm türk dünyası, həm də daha geniş Avrasiya məkanında artan diplomatik çəkisinin növbəti göstəricisi kimi diqqəti çəkdi.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin Bişkek səfərini yalnız bir beynəlxalq tədbirdə iştirak kimi qiymətləndirmək kifayət deyil. Səfərin arxasında Azərbaycanla Qırğızıstan arasında sürətlə inkişaf edən strateji münasibətlər, türk dövlətləri arasında həmrəyliyin güclənməsi və Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində fəal xarici siyasət xətti dayanır. Bu baxımdan cənab Prezidentin çıxışının ilk mesajlarından birinin məhz Qırğızıstanla münasibətlərə həsr olunması təsadüfi deyildi. Dövlət başçısı Qırğızıstana son səfərini xatırladaraq Azərbaycan-Qırğızıstan münasibətlərinin ən yüksək səviyyəyə yüksəldiyini vurğuladı. Bir ay əvvəl imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə iki qardaş ölkənin əlaqələrində yeni siyasi mərhələnin əsasını qoyan tarixi sənəd kimi təqdim edildi. Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan-Qırğızıstan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, türk dövlətləri arasında strateji həmrəyliyin mühüm komponentlərindən biri kimi inkişaf edir. Bakı ilə Bişkek arasında siyasi etimadın yüksək səviyyəyə çatması iqtisadi, nəqliyyat, humanitar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Cənab Prezident İlham Əliyevin Qırğızıstanın sosial-iqtisadi inkişafını və beynəlxalq nüfuzunun artmasını xüsusi qeyd etməsi də Azərbaycanın dost və qardaş dövlətlərə münasibətindəki diplomatik yanaşmanı nümayiş etdirir. Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dövlət başçısının çıxışında xüsusi vurğulandı. Bu, həm Bişkekə siyasi dəstəyin ifadəsi, həm də beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın göstəricisidir.
Millət vəkili onu da bildirib ki, Bişkek görüşünün digər mühüm tərəfi isə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların beynəlxalq auditoriyaya çatdırılması idi. Dövlətimizin başçısı çıxışında Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını 30 illik münaqişənin başa çatması baxımından mühüm tarixi hadisə kimi təqdim etdi. Bununla da Azərbaycan Prezidentinin mesajı aydın oldu: vaxtilə uzunmüddətli münaqişə və qarşıdurma ilə assosiasiya olunan Cənubi Qafqaz artıq sülh, əməkdaşlıq və iqtisadi əlaqələr məkanına çevrilmək yolundadır. Bu, Azərbaycanın xarici siyasətində yeni mərhələnin mühüm xüsusiyyətlərindən biridir. Azərbaycan artıq yalnız münaqişənin nəticələrini aradan qaldıran ölkə deyil, regionda sülh gündəliyinin formalaşmasına təsir göstərən əsas aktorlardan biridir. Cənab Prezidentin çıxışında Ermənistanla bağlı səsləndirdiyi fikirlər də məhz bu yeni yanaşmanı əks etdirirdi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir, üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir və qarşılıqlı ticarətin genişləndirilməsi, yeni nəqliyyat kommunikasiyalarının yaradılması istiqamətində fəaliyyət göstərir. Burada mühüm siyasi məna var: Azərbaycan qalib tərəf kimi regionda yeni qarşıdurma xətti yaratmaq deyil, sülhün iqtisadi əsaslarını möhkəmləndirmək siyasətini nümayiş etdirir. Bişkekdəki çıxışın daha bir mühüm istiqaməti Azərbaycanın beynəlxalq təşkilatlara münasibətində prinsipial mövqeyidir. Cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun illər icra edilmədiyini, Azərbaycanın isə öz suverenliyini və ərazi bütövlüyünü özü bərpa etdiyini açıq şəkildə diqqətə çatdırdı. Bu fikirlər yalnız keçmişə verilən siyasi qiymət deyil. Burada beynəlxalq sistem üçün gələcəyə yönəlmiş mesaj da var: qəbul edilən qətnamələrin icrası üçün effektiv mexanizmlər olmalıdır. Azərbaycanın bu mövqeyi beynəlxalq hüququn və çoxtərəfliliyin gücləndirilməsi çağırışıdır. Prezidentin Qoşulmama Hərəkatına dörd il ərzində rəhbərlik etmiş Azərbaycanın bundan sonra da çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirməsi isə ölkəmizin qlobal diplomatiyadakı rolunun yalnız regional məsələlərlə məhdudlaşmadığını göstərir.
Beləliklə, Bişkek görüşü Azərbaycan diplomatiyasının bir neçə mühüm istiqamətini eyni siyasi platformada birləşdirdi: qardaş Qırğızıstanla müttəfiqlik, türk dünyası ilə həmrəylik, Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsi, Cənubi Qafqazda sülh gündəliyinin möhkəmləndirilməsi və beynəlxalq münasibətlərdə çoxtərəfliliyin müdafiəsi. Bişkekdən verilən mesajın mahiyyəti əslində olduqca aydındır: Azərbaycan dəyişən dünya nizamında hadisələri yalnız izləyən deyil, proseslərə təsir göstərən və öz milli maraqları ilə yanaşı regional sülh və əməkdaşlıq gündəliyinə də töhfə verən dövlətdir. Bu baxımdan cənab Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə iştirakı Azərbaycanın beynəlxalq diplomatiyasının növbəti uğurlu səhifəsi kimi qiymətləndirilə bilər-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-09-2026