Mobil versiya
Bağçada uşağın qanından psixotrop maddə tapıldı - RƏSMİ AÇIQLAMA
Tarix: 01-09-2026 | Saat: 16:23
Bölmə:Təhsil / Karusel | çapa göndər

Bağçada uşağın qanından psixotrop maddə tapıldı -

Sosial şəbəkələrdə 1 həftə müddət ərzində Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) aia.az-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-09-2026