Mobil versiya
Sabah hava sərtləşəcək: 36 dərəcə isti, güclü külək və bəzi rayonlarda leysan
Tarix: 28-08-2026 | Saat: 16:45
Bölmə:Özəl | çapa göndər

Sabah hava sərtləşəcək: 36 dərəcə isti, güclü külək və bəzi rayonlarda leysan



Avqustun 29-da Azərbaycanda hava əsasən yağmursuz keçəcək, temperatur bəzi rayonlarda 36 dərəcəyədək yüksələcək.
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Paytaxt və yarımadada temperatur gecə 21-25, gündüz isə 28-31 dərəcə isti olacaq.
Bölgələrdə gecə 20-25, gündüz 32-36 dərəcə isti proqnozlaşdırılır. Dağlıq ərazilərdə temperatur gündüz 20-25 dərəcə təşkil edəcək.
Bəzi dağlıq və dağətəyi rayonlarda isə hava dəyişəcək. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlarda duman, bəzi yerlərdə isə güclənən qərb küləyi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2026