Ana Sayfa > Özəl > Sabah hava sərtləşəcək: 36 dərəcə isti, güclü külək və bəzi rayonlarda leysan
Sabah hava sərtləşəcək: 36 dərəcə isti, güclü külək və bəzi rayonlarda leysanBu gün, 16:45. Yazar: vasif |
![]() Avqustun 29-da Azərbaycanda hava əsasən yağmursuz keçəcək, temperatur bəzi rayonlarda 36 dərəcəyədək yüksələcək. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Paytaxt və yarımadada temperatur gecə 21-25, gündüz isə 28-31 dərəcə isti olacaq. Bölgələrdə gecə 20-25, gündüz 32-36 dərəcə isti proqnozlaşdırılır. Dağlıq ərazilərdə temperatur gündüz 20-25 dərəcə təşkil edəcək. Bəzi dağlıq və dağətəyi rayonlarda isə hava dəyişəcək. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlarda duman, bəzi yerlərdə isə güclənən qərb küləyi gözlənilir. Geri dön |