ABŞ kəşfiyyat şefi Moskvaya niyə gəlib - Məxfi səfərin GİZLİNLƏRİ
Tarix: 25-08-2026 | Saat: 21:34
Bölmə:Dünya | çapa göndər

Müharibənin ən şiddətli və qızğın dövründə "CBS News" müxbirinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya gəlib. Musavat.com bildirir ki, onun səfəri hələ rəsmi olaraq təsdiqlənməyib.
"Röyters" agentliyi isə ABŞ-nin "Boeing C-17 Globemaster" hərbi nəqliyyat təyyarəsinin (qeydiyyat nömrəsi 07-7181) avqustun 25-də Moskvanın Vnukovo hava limanına eniş etdiyini bildirib. "Flightradar24" xidmətinin məlumatına görə, təyyarə Latviyanın paytaxtı Riqadan Moskvaya gəlib.
"Röyters" təyyarədə sərnişinlərin və ya yüklərin olub-olmadığını müəyyən edə bilməyib. Kreml heç bir məlumata malik olmadığını açıqlayıb. Agentliyin məlumatına görə, təyyarə Riqaya avqustun 23-də Merilend ştatında, Vaşinqtondan o qədər də uzaq olmayan Kemp Sprinqs Hərbi Hava Qüvvələri bazasından enib. Təsdiqlənərsə, Ratkliff Ukrayna münaqişəsini həll etmək üçün Rusiyaya səfər edən ABŞ administrasiyasının ən yüksək vəzifəli rəsmilərindən biri olacaq.
ABŞ təyyarəsi sonuncu dəfə yanvarda Avropadan Rusiyaya birbaşa uçmuşdu. Həmin vaxt ABŞ-nin xüsusi elçiləri Stiven Uitkof və Cared Kuşner Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmışdılar. Bu dəfə isə söhbət ABŞ kəşfiyyatının şefinin Rusiyaya səfərindən gedir. Yəni daha ali səviyyədə və konfidensial şəkildə gerçəkləşib.
MKİ şefinin Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkinlə görüşəcəyi istisna edilmir. Prezident Putinlə danışıqlar aparacağı haqda heç nə deyilmir. Hər halda, Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirən ABŞ-dən belə bir səfərin baş tutması olduqca maraqlıdır, suallar doğurur. Çünki savaşın kritik və gərgin fazasıdır, qarşılıqlı zərbələrlə müşayiət olunan ağır döyüşlər gedir.
Belə bir vaxtda Ukrayna liderinin son bəyanatına xüsusi diqqət yetirmək lazımdır. Prezident Zelenski altından qırmızı xətlə çiziləcək bəyanat verərək bildirib ki, müharibəyə son qoymağı mümkün edəcək diplomatik fürsət pəncərəsi dekabrda keçiriləcək G20 sammitindən 2027-ci ilin yayına qədər davam edəcək.
Onun fikrincə, bu, müharibəyə son qoymaq üçün ən yaxşı vaxt ola bilər. Zelenski bildirib ki, bu, xüsusilə ABŞ-ı fürsət pəncərəsi baxımından narahat edir, çünki gələn ilin yayından sonra prezident seçkiləri kampaniyası başlayacaq və daxili siyasi proseslərin intensivləşməsi fonunda Ukrayna məsələsi arxa plana keçəcək.Zelenskinin sözlərinə görə, hazırkı dövr diplomatik səylər üçün ən aktiv mərhələdir. O, həmçinin bildirib ki, Rusiya prezidenti daim güc nümayiş etdirmək və maksimum eskalasiyaya nail olmaq istəyir. Buna görə də diplomatlar razılığa gələ bilmirlər.
Göründüyü kimi, Zelenski diplomatik səylər üçün ən aktiv mərhələnin indi olduğunu bildirir və çox keçmir ki, MKİ şefinin Moskvaya eniş etdiyi iddiaları tirajlanır. Əlbəttə, atəşkəs haqda danışmaq hələ tezdir.
Lakin payızda aralıq seçkilərini nəzərə alsaq, Tramp administrasiyasına uğur hekayəsi - bəzi anlaşmalar lazımdır. Sadəcə, atəşkəs üçün şərtlər fərqlidir. Kiyev hər iki qoşunların olduğu yerdə dayanmasını təklif edir, Moskva isə Donbasın itirilməyən ərazilərini döyüşsüz təslim etməyi tələb kimi irəli sürür. Rusiya hakimiyyəti Kiyevin atəşkəs formulunu qəbul edə bilməz, çünki Putin rejiminə qələbə mifi lazımdır...
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026