Əsrlər sonra nadir təsadüf – Yeni il gecəsi Azərbaycan səmasında “Qanlı Ay”
Tarix: 25-08-2026 | Saat: 22:00
Bölmə:Ölkə | çapa göndər

Yeni il gecəsi səmanı olduqca nadir astronomik hadisə bəzəyəcək.
aia.az xəbər verir ki, tam Ay tutulması zamanı Yer kürəsinin təbii peyki qırmızı-qəhvəyi rəngə boyanacaq və “qanlı Ay” effekti yaranacaq.
Söhbət 31 dekabr 2028-ci ildə baş verəcək tam Ay tutulmasından gedir. Hadisənin Yeni ilin gəlişi ilə üst-üstə düşməsi astronomiyada olduqca nadir təsadüf hesab edilir. “Qanlı Ay” Rusiyanın bütün ərazisindən müşahidə oluna biləcək. Azərbaycan sakinləri də həmin gecə bu astronomik hadisəni izləyə biləcəklər.
Mənbənin məlumatına görə, sonuncu dəfə belə bir təsadüf 31 dekabr 1656-cı ildə qeydə alınıb. Beləliklə, Yeni il gecəsinə təsadüf edən oxşar kosmik şou 372 ildən sonra yenidən baş verəcək.
Hadisə zamanı Yer Günəşlə Ay arasında eyni xətt üzərində yerləşəcək və Günəşdən Aya düşən birbaşa işığın qarşısını tamamilə kəsəcək. Buna baxmayaraq, Yer atmosferindən keçərək sınan Günəş şüalarının bir hissəsi Ayın səthinə çatacaq.
“Qanlı Ay” adlandırılan effekt də məhz bunun nəticəsində yaranır. Yer atmosferi Günəş işığının müxtəlif rənglərini fərqli şəkildə səpir və Ayın səthinə əsasən spektrin qırmızı hissəsi çatır. Nəticədə Ay adi parlaq rəngini itirərək qırmızı-qəhvəyi çalarlara boyanır.
Azərbaycanda tutulma dekabrın 31-də axşam saatlarında başlayacaq. Tam tutulma mərhələsinin təxminən saat 20:16-da başlayaraq 21:27-dək davam edəcəyi, tutulmanın bütün mərhələlərinin isə 23:40 radələrində başa çatacağı gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026