Mobil versiya
Medvedev Paşinyan hakimiyyətini ağır sözlərlə hədəfə aldı
Tarix: 25-08-2026 | Saat: 16:42
Bölmə:Özəl | çapa göndər

Medvedev Paşinyan hakimiyyətini ağır sözlərlə hədəfə aldı



Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətini sərt şəkildə tənqid edib və İrəvan rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib.
Medvedevin fikrincə, Ermənistanın Aİ-yə üzv olması real deyil. O iddia edib ki, İrəvanın bu istiqamətdə siyasəti Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətlərə uzunmüddətli zərər vura bilər.
Rusiyanın keçmiş prezidenti Ermənistan rəhbərliyini milli maraqlara xəyanətdə də ittiham edib. O, həmçinin hakimiyyətin Erməni Apostol Kilsəsinə münasibətini sərt tənqid edərək Paşinyan administrasiyasının siyasətini hədəfə alıb.
Medvedev açıqlamasında Ermənistanın hazırkı rəhbərinin siyasi ambisiyalarını təhqiramiz şəkildə xarakterizə edib və fikirlərini latınca “Mirvarilərinizi donuzların qarşısına atmayın” ifadəsi ilə tamamlayıb.
Bu sərt ritorika Ermənistanın KTMT ilə münasibətlərini faktiki dondurduğu və Avropa İttifaqına yaxınlaşmaq niyyətini daha açıq şəkildə ortaya qoyduğu bir dövrdə Moskva-İrəvan münasibətlərində gərginliyin dərinləşdiyini göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2026