Mobil versiya
Rumıniya səmasında həyəcan: İki F-16 qırıcısı təcili havaya qaldırıldı
Tarix: 13-08-2026 | Saat: 18:14
Bölmə:Özəl | çapa göndər

Rumıniya səmasında həyəcan: İki F-16 qırıcısı təcili havaya qaldırıldı


Ukrayna ilə sərhədə yaxın ərazidə Rumıniyanın hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatı (PUA) təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına əsasən, sərhəd bölgəsini nəzarətdə saxlayan radar sistemləri naməlum PUA-nın ölkənin hava məkanına daxil olduğunu müəyyən edib. Bundan dərhal sonra NATO-nun Hava Polisi missiyası çərçivəsində döyüş növbəsində olan iki F-16 qırıcısı havaya qaldırılıb.
Aparılan əməliyyat nəticəsində PUA Ukrayna sərhədinə yaxın, yaşayış məntəqələrindən kənarda yerləşən ərazidə zərərsizləşdirilib. Rumıniya Prezidenti Nikuşor Dan pilotsuz aparatın Sfantu-Georgedən təxminən 10 kilometr qərbdə vurulduğunu açıqlayıb.
Hadisə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və regionda təhlükəsizlik risklərinin yüksək olaraq qaldığı bir vaxtda baş verib. Rumıniya bundan əvvəl də Ukrayna ilə həmsərhəd bölgələrdə pilotsuz uçuş aparatları ilə bağlı oxşar insidentlərlə qarşılaşıb.
Rumıniya rəsmiləri ölkənin hava məkanının nəzarətdə saxlanıldığını, mümkün təhlükələrə qarşı müşahidələrin davam etdirildiyini və yaranan vəziyyətlə bağlı NATO müttəfiqləri ilə koordinasiyanın qorunduğunu bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2026