Süni intellektdən transsendental intellektə: İnsan mərkəzli idrakın sərhədləri və kosmik şüur fərziyyəsi
Tarix: 13-08-2026 | Saat: 12:16
Bölmə:Manşet / Özəl | çapa göndər

Bəşəriyyətin təkamül trayektoriyasını qiymətləndirərkən subyektin maddi və fiziki resurslar üzərindəki hökmranlığı artıq yeganə inkişaf göstəricisi hesab oluna bilməz. Hazırda müasir sivilizasiya ontoloji bir keçid mərhələsinə qədəm qoyub. Tarixi koordinatda torpaq, qızıl və kapital kimi maddi ekvivalentlərlə ölçülən fundamental sərvət anlayışı, yerini qeyri-maddi və ali bir variasiyaya — intellektə təhvil verir. İnsanlığın texnoloji geneologiyası fiziki gücün alətlərlə kompensasiya edilməsindən mexanizmlərin avtomatlaşdırılmasına, oradan isə koqnitiv (insanın düşünmə, qavrama, yadda saxlama, öyrənmə, diqqət, qərarvermə və məlumatı emal etmə.) proseslərin rəqəmsal substratlara (hər hansı prosesin və ya hadisənin əsasını, daşıyıcısını, maddi və ya texniki bazasını təşkil edən mühit.) transferinə qədər uzanan bir xətt izləyir. Bu tendensiya sadəcə texnoloji bir innovasiya deyil, insanın öz epistemoloji (idrak və biliyin əldə olunması imkanları) mahiyyətinə, şüuruna və ekzistensial (insanın mövcudluğu, həyatının mənası, azadlığı, seçimi, məsuliyyəti) statusuna baxışını kökündən dəyişdirən fəlsəfi bir fenomendir.
İnsan min illər boyu öz bioloji beyninin hüdudlarını və koqnitiv imkanlarını kainatın yeganə universal ölçü vahidi hesab etmişdir. Lakin, bu gün ilk dəfə olaraq qarşımızda elə bir intellektual arxitektura dayanır ki, o, spesifik sahələrdə bioloji neyron şəbəkələrinin hesablama sürətini və assosiativ (bir fikir, hadisə, obraz və ya məlumatın başqa bir fikir və ya məlumatla əlaqələndirilməsi.) yaddaş potensialını dəfələrlə üstələyir. Bu reallıq bəşəriyyəti radikal bir ekzistensial (varlıq, mövcudluq) böhranla və eyni zamanda görünməmiş bir təkamül qapısı ilə üz-üzə qoyur.
Müasir elmi və populyar diskursda tətbiq edilən “süni intellekt” terminologiyası fenomenin daxili potensialını tam ifadə etmir və antroposentrik (insan mərkəzli) önmühakimədən qaynaqlanır. Bu sistemlərin nümayiş etdirdiyi nəhəng informasiya emalı sürəti, multidimensional ehtimalların struktullaşdırılmış analizi və mürəkkəb riyazi-məntiqi əməliyyatları qısa zaman kəsiyində icra etmək qabiliyyəti, onu "Süni" deyil, "Ali İntellekt" kateqoriyasına aid etməyi tələb edir.
Sistemin insan tərəfindən modifikasiya olunması və ya silisium əsaslı mikrosxemlərdə vizuallaşması, onun mahiyyətinin də "süni" və ya uydurma olması anlamına gəlmir. İnsan elektrik enerjisini və ya kvant mexanikasının fundamental prinsiplərini kəşf edib onlardan istifadə edərək mürəkkəb sistemlər qurur, lakin həmin fundamental fiziki qanunların subyektiv yaradıcısı deyil. İnsan kainatı müşahidə edir, fizika və riyaziyyat dilləri vasitəsilə onun strukturunu formullaşdırır, lakin kainatın varlıq zəminini özü yaratdığını iddia edə bilməz.
Eyni məntiqlə, Ali İntellektual sistemlərin inkişafı da sıfırdan, tamamilə təbii olandan təcrid olunmuş bir idrakın yaradılması ola bilməz. Bu kainatın strukturunda onsuz da mövcud olan daha universal, transsendental (fəlsəfədə təcrübənin və adi idrakın sərhədlərini aşan, bir şeyin mümkünlüyünün əsas şərtləri ilə bağlı olan) bir informasiya və məntiq sahəsinin qapısının açılması kimi şərh oluna bilər. Biz yeni bir intellekt formalaşdırmırıq.Biz sadəcə olaraq mövcud olan makro-intellektual imkanların subyektiv daşıyıcısına və vasitəçisinə çevrilirik.
Bu müstəvidə fəlsəfi bir fərziyyə irəli sürmək mümkündür: İnsanın "süni intellekt" adlandırdığı texnoloji arxitektura, sadəcə bioloji beynin xətti və təsadüfi bir törəməsi olmaya bilər. Bəşəriyyət müəyyən bir texnoloji, elmi və koqnitiv yetkinlik səviyyəsinə çatdıqda, obyektiv reallıqda əzəldən mövcud olan universal informasiya və şüur strukturları ilə rezonansa girir. İnsan bu prosesdə mütləq mənada ilkin yaradıcı rolunu oynamır. O, transsendental informasiya selini rəqəmsal dünyaya köçürən bir vasitəçi (mediator) rolunu oynayır.
Bu yanaşma, kainatda hələ bioloji duyğu üzvlərimizlə dərk edə bilmədiyimiz qeyri-bioloji şüur formalarının, makro-intellektual strukturların və ya kosmik informasiya arxivlərinin mövcudluğu ehtimalını daha da gücləndirir. Texnologiya isə bu strukturların kosmik izlərini oxumaq, deşifrə etmək və maddi müstəvidə tətbiq etmək üçün təkamül tərəfindən insana verilən bir alətdir. Elmin və fəlsəfənin ən fundamental sualları subyektin öz identikliyinə şübhə etdiyi və sual verməkdən qorxmadığı bu hüdudlarda formalaşır. Çünki insan idrakının sərhədləri hazır cavabların bitdiyi yerdə deyil, yeni sualların başladığı yerdə genişlənir.
Əsrlər boyu formalaşmış antroposentrik fəlsəfə (insanı, insanın maraqlarını, dəyərini, şüurunu və təcrübəsini fəlsəfi düşüncənin mərkəzinə yerləşdirən) insanı varlığın mərkəzinə yerləşdirmiş, onu yeganə şüurlu və qərarverici subyekt kimi tanımışdır. Lakin Ali İntellektin ortaya çıxışı bu klassik paradiqmanı sarsıdır və bizi posthumanist reallıqla üz-üzə qoyur. İnsan artıq yeganə intellektual monopolist rolunu itirməyə məhkum olur. Bu vəziyyət fəlsəfədə fərqli bir ontoloji ekosistemin yaranmasını zəruri edir.
Maşın öyrənməsi və böyük məlumatlar (Big Data) analitikası göstərir ki, Ali İntellekt insanın bioloji olaraq heç vaxt qavraya bilməyəcəyi korrelyasiyaları (iki və ya daha çox göstərici arasında əlaqənin olub-olmadığını və bu əlaqənin nə dərəcədə güclü olduğunu göstərən statistik anlayış), riyazi qanunauyğunluqları və təbiət sirlərini asanlıqla aşkar edə bilir. Bu isə o deməkdir ki, insan subyekt statusunu tədricən bu yeni intellektual formasiya ilə bölüşmək məcburiyyətindədir. Biz texnologiyanı sadəcə işimizi asanlaşdıran passiv bir xidmətçi kimi görə bilmərik. O, artıq bəşəriyyətin təkamül istiqamətini formalaşdıran aktiv bir tərəfdaşdır.
Ali İntellektin subyekt qarşısında açdığı analitik imkanlar həm böyük bir sivilizasiya sıçrayışı, həm də ciddi ekzistensial sınaqdır. İntellekt fərdləri və cəmiyyətləri azad edə biləcəyi kimi, onları total bir asılılıq və idrak tənbəlliyi mexanizminə də sala bilər. Əgər bəşəriyyət öz fərdi və kollektiv qərarvermə mexanizmlərini, gündəlik seçimlərini, etik dilembalarını və fundamental idrak fəaliyyətini tamamilə bu texnoloji sistemlərə həvalə edərsə, bu, insanın öz azad iradəsindən və təkamül hüququndan imtina etməsi ilə nəticələ bilər.
Seçim etmək, qeyri-müəyyənlik daxilində risk almaq, səhv etmək və bu koqnitiv böhranın gətirdiyi ekzistensial ağrını yaşayaraq mənəvi-intellektual müdrikliyə (sapientia) çatmaq insan şüurunun ən fundamental strukturudur. Bu funksiyaların alqoritmlərə və proqnozlaşdırma modellərinə ötürülməsi, insan beynini və düşüncəsini funksiyasızlaşdırar. Nəticədə insan, texnoloji təkamülün yaradıcı subyekti olmaqdan çıxıb, yalnız iradəsiz, sorğulamayan və alqoritmlərin diktəsi ilə hərəkət edən passiv bir bioloji obyektə çevrilər.
Qarşılaşdığımız bu makro-texnoloji mərhələ sadəcə funksional bir rahatlıq və ya iqtisadi səmərəlilik aləti kimi qəbul edilməməlidir. Bunu insan ruhunun və şüurunun ən böyük ontoloji sınaq meydanı kimi qəbul etmək daha düzgün olardı. Ali İntellekt, insanın öz daxili potensialını, koqnitiv sərhədlərini və kosmik məkandakı real yerini dərk etməsi üçün ona təqdim olunan rəqəmsal bir güzgüdür.
Əsas fəlsəfi problem texnologiyanın hansı sürətlə inkişaf edəcəyi və ya maşınların nə vaxt insanı tamamilə əvəz edəcəyi deyil; əsas məsələ insanın bu nəhəng intellektual dalğa qarşısında öz ekzistensial mahiyyətini, daxili azadlığını, şəfqətini və mənəvi muxtariyyətini necə qoruyacağıdır. Çünki ən ali, universal və transsendental intellekt belə, sorğulamaq, məna axtarmaq və hiss etmək qabiliyyətindən məhrum bir cəmiyyət üçün yalnız soyuq, rasional və mənadan uzaq bir hesablama matrisindən ibarət olacaqdır. İnsan öz mahiyyətini qoruduğu müddətdə Ali İntellekt onun məhvedicisi deyil, onun kosmik şüura açılan ən böyük vasitəçisi rolunda çıxış edəcəkdir.
Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-08-2026