Mobil versiya
Hər an ölə biləcəyi deyilirdi, Pezeşkianla görüşdü
Tarix: 09-08-2026 | Saat: 15:38
Bölmə:Şou-biznes | çapa göndər

Hər an ölə biləcəyi deyilirdi, Pezeşkianla görüşdü


İran Prezidenti Məsud Pezeşkian vəzifəsinin üçüncü ilinin başlanması ilə əlaqədar İslam İnqilabının Lideri Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüb.

“aia.az” “Press TV”yə istinadən xəbər verir ki, görüş zamanı İranın qarşılaşdığı əsas problemlər və ölkənin gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər xüsusilə əhalinin sosial və iqtisadi ehtiyaclarını, ölkədə davam edən müharibəni, hərbi sahədəki son inkişafları və İranın xarici tərəfdaşlarla iqtisadi əlaqələrini müzakirə ediblər.

Görüşdə mövcud vəziyyətin yaratdığı çətinliklərin aradan qaldırılması, əhalinin dolanışıq məsələlərinin yaxşılaşdırılması və ölkənin qarşıdakı dövrdə üzləşəcəyi çağırışlarla bağlı məsələlər də nəzərdən keçirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Müctəba Xameneinin səhhəti ilə bağlı növbəti iddia yayılmışdı. Məlumatda hazırda İran rəhbərliyinin ən yüksək səviyyələrində Xameneinin “son dərəcə kritik vəziyyətdə” olduğu və “hər an ölə biləcəyi” barədə məlumatlar dolaşdığı bildirilirdi.

Xatırladaq ki, ABŞ və İsrailin fevralda İrana qarşı hücumlara başlamasından sonra Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb. O, təhlükəsizlik məsələlərinə görə atası Əli Xameneinin dəfnində də iştirak etməyib. Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian da Müctəba Xamenei ilə əlaqə qurmağın çox çətin olduğunu söyləmişdi.

Onu da qeyd edək ki, xarici mediada mütəmadi olaraq M.Xameneinin İrana hücumlar zamanı yaralanması və ümumilikdə səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2026