Ermənistanın Rusiyaya ixracı kəskin azaldı – rəsmi statistika
Tarix: 07-08-2026 | Saat: 22:03
Bölmə:Özəl | çapa göndər

Ermənistanla Rusiya arasında ticarət dövriyyəsində nəzərəçarpacaq azalma qeydə alınıb. Rəsmi statistikaya görə, həm təkrar ixracın, həm də kənd təsərrüfatı məhsullarının tədarükündə geriləmə müşahidə olunur.
Məlumatlara əsasən, iki ölkə arasındakı ticarət dövriyyəsi 3,33 milyard dollardan 2,63 milyard dollara enib. Beləliklə, ümumi dövriyyədə təxminən 700 milyon dollarlıq azalma qeydə alınıb.
Ən ciddi geriləmə iyun ayında baş verib. Bu dövr Rusiyanın Ermənistandan idxal edilən bəzi kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlərdən sonrakı mərhələyə təsadüf edib.
Statistik göstəricilərə görə, cəmi bir ay ərzində Ermənistanın Rusiyaya ixrac etdiyi məhsulların fiziki həcmi 32 min tondan 16 min tona düşərək iki dəfə azalıb. İxracın dəyəri isə 36 milyon dollardan 16 milyon dollara enib.
Eyni zamanda, Ermənistanın Avropa İttifaqına təzə meyvə, tərəvəz, şərab və konyak ixracının hələ də məhdud həcmdə qaldığı bildirilir. İlin ilk aylarında ixrac artımı əsasən xammal məhsulları hesabına qeydə alınıb.
ABŞ bazarına ixrac da aşağı səviyyədə qalır. Bildirilir ki, Ermənistan istehsalı olan folqanın ABŞ bazarına çıxışında mövcud məhdudiyyətlər bu istiqamətdə ticarət həcminə mənfi təsir göstərməkdə davam edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-08-2026
22:39 “Fənərbağça” “onu” tapdı