Mobil versiya
Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib
Tarix: 07-08-2026 | Saat: 21:01
Bölmə:Ölkə | çapa göndər

Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib



Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib
Ölkə07.08.202620:31102

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zəngilan rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
aia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu, Böyükşor-Pirşağı avtomobil yolunun kənarında, Xətai rayonu, Kazımağa Kərimov küçəsində, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində və Zəngilan rayonu Gəyəli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 83 840 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-08-2026