Mobil versiya
"David Seliverstov" ilə bağlı yeni ŞOK FAKTLAR - Bakıda qurulan sirli şəbəkə və ...
Tarix: 07-08-2026 | Saat: 14:28
Bölmə:Karusel / Ölkə | çapa göndər

"David Seliverstov" ilə bağlı yeni ŞOK FAKTLAR - Bakıda qurulan sirli şəbəkə və ...


David Seliverstov adı ilə özünü yəhudi kimi təqdim edən və Bakıda fəaliyyət göstərən Kazım Abbasovun vətəndaşları aldatdığı iddia olunur. Məlumata görə, o, əvvəllər dələduzluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamları ilə məhkum olunub.

İddialara əsasən, Kazım Abbasov əvvəlcə insanların etibarını qazanır, onlara müxtəlif problemlərini həll edə biləcəyini, yüksək vəzifəli və nüfuzlu şəxslərlə geniş əlaqələrə malik olduğunu bildirir. Qarşı tərəfdə inam yaratdıqdan sonra isə həmin şəxsləri aldadır.

Bu saxtakarlıq faktlarının üzə çıxmasından sonra yeni detallar da yayılıb. Bildirilir ki, özünü beynəlxalq humanitar hüquq müdafiəçisi və yəhudi təşkilatlarının nümayəndəsi kimi təqdim edən David Seliverstovun (Kazım Abbasovun) 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş yəhudi əsilli Anatoliy Rafailovla əlaqələri olub. İddialara görə, o, bəzi hallarda bu əlaqələrdən pərdəarxası fəaliyyətinə "sipər" kimi istifadə edib.

aia.az-ın yaydığı məlumata görə, deputat Anatoliy Rafailov bu iddialarla bağlı edilən zənglərə cavab verməyib.

Media resurslarında yer alan məlumatlara görə, David Seliverstov 26 dekabr 2023-cü ildə Quba rayonunda keçirilən görüşdə "Magen David Group"un direktoru kimi iştirak edib.

Hazırda hüquq-mühafizə orqanlarının bu şəxsin fəaliyyəti ilə bağlı araşdırma aparmasının zəruri olduğu bildirilir. Məlumata görə, Kazım Abbasov artıq Azərbaycandan Gürcüstana gedib.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı zərərçəkən şəxslərə müraciət edərək onları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməyə çağırıblar. Onlar bildiriblər ki, bu şəxs tərəfindən təhdid və ya təzyiqlə üzləşən vətəndaşlar çəkinmədən hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Həmçinin "Yeni Müsavat" Media Qrupunun da zərərçəkənlərin müraciətləri əsasında araşdırmalar apardığı qeyd olunur.

Kazım Abbasovun kriminal keçmişi ilə bağlı yayılan məlumatlarda bildirilir ki, o, 2011-ci ildə dələduzluq cinayətinə görə 4 il 6 ay, 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İddialara görə, belə bir kriminal keçmişə malik olan Kazım Abbasov sonradan "David Seliverstov" adı altında Bakının Bəhruz Qasımov küçəsində ofis açaraq fəaliyyət göstərib. Bildirilir ki, o, xüsusi mühafizəçilərin müşayiəti ilə vətəndaşları qəbul edir və onları müxtəlif vədlərlə aldadıb.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-08-2026