8 Avqust - Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığı mühüm tarix - RƏY
Tarix: 07-08-2026 | Saat: 13:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

"8 avqust tarixi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün böyük siyasi əhəmiyyət daşıyan günlərdən biridir. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb".
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, bu tarixə qədər Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinə müxtəlif bəhanələrlə yanaşır, prosesin sürətlənməsinə mane olan mövqelər nümayiş etdirirdi.
"Hətta ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət məsələsində də müəyyən tərəddüdlər mövcud idi. Lakin 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində bu istiqamətdə mühüm addım atıldı və uzun illər regionda sülh prosesinə təsir edən Minsk formatının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edildi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda yeni reallıqlar yaratdı. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Lakin Azərbaycanın bütün ərazisində suverenliyin tam təmin olunması 2023-cü il sentyabrın 20-də keçirilmiş lokal antiterror tədbirlərindən sonra mümkün oldu.
Bütün bu proseslər müxtəlif beynəlxalq dairələr tərəfindən fərqli şəkildə qiymətləndirilsə də, 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin mətninin paraflanması Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbənin siyasi və diplomatik müstəvidə də möhkəmlənməsi kimi qiymətləndirilə bilər.
Beləliklə, 8 avqust tarixi həm də Azərbaycanın uzun illər apardığı mübarizənin nəticələrinin beynəlxalq səviyyədə qəbul olunması baxımından mühüm mərhələdir".

Deputatın fikrincə, əslində, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq yaranmışdı.
"Bu reallığın əsas mahiyyəti ondan ibarət idi ki, Azərbaycan müharibə başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdi və uzun illər düşmənçilik şəraitində yaşamış iki ölkə arasında münasibətlərin yeni mərhələdən başlanmasını təklif etdi. Azərbaycan qalib tərəf kimi qarşı tərəfə daha sərt tələblər irəli sürə bilərdi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsasını beynəlxalq hüquqa hörmət və regional sabitliyin təmin edilməsi təşkil etdi. Məhz buna görə Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması üçün beş baza prinsipi irəli sürdü.
Bu prinsiplər BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına əsaslanırdı. Həmin prinsiplər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına, bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı münasibətlərin sülh şəraitində qurulması məsələlərini əhatə edirdi".
O qeyd edib ki, Azərbaycanın əsas məqsədi Cənubi Qafqazı uzun illər davam edən qarşıdurma məkanından sülh və əməkdaşlıq regionuna çevirmək idi. Bu yeni siyasi reallığın formalaşmasında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl strategiyanın mühüm rolu olub.
"Lakin müəyyən dövrdə Ermənistan tərəfi sülh təşəbbüslərinə lazımi siyasi cavab vermədi və regionda gərginliyin qalmasına səbəb olan addımlar atıldı. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa edildi və regionda yeni mərhələ başladı.

Nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalarla Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm dönüş yarandı. ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş regionda davamlı sülhün yaradılması istiqamətində mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Vaşinqton razılaşmalarının mühüm istiqamətlərindən biri də regional kommunikasiyaların açılması məsələsidir. Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin bərpası təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün böyük iqtisadi imkanlar yaradacaq".
O, TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan nəqliyyat bağlantılarının regionun tranzit imkanlarının genişlənməsinə, Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin formalaşmasına və Cənubi Qafqazın beynəlxalq nəqliyyat xəritəsində rolunun artmasına xidmət edəcəyini deyib.
"Azərbaycan əldə olunmuş sülh gündəliyinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində praktiki addımlar atdığını dəfələrlə nümayiş etdirib. Ölkəmiz regionda iqtisadi əməkdaşlığın genişlənməsində və qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır.

Sülh müqaviləsinin yekun imzalanması üçün əsas məsələlərdən biri tərəflərin qarşılıqlı şəkildə suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərini qəbul etməsidir. Ermənistanın da bu istiqamətdə zəruri addımları atması regional sülhün tam bərqərar olması üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq ondan ibarətdir ki, region artıq qarşıdurma deyil, sülh, təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Bu prosesin əsas məqsədi uzun illər davam edən düşmənçiliyin aradan qaldırılması və gələcək nəsillər üçün sabit inkişaf mühitinin yaradılmasıdır.
Beləliklə, 8 avqust tarixi Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu proses Azərbaycanın hərbi-siyasi uğurlarının diplomatik müstəvidə möhkəmləndirilməsi və regionda sülh gündəliyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır",- deputat bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-08-2026