Erməni dəyirmanına su tökməyin Telman Qasımov üsulu
Tarix: 07-08-2026 | Saat: 09:50
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər
Son günlər Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə qarşı aparılan kampaniyanı izlədikcə həm təəccüb, həm də dərin təəssüf hissi keçirirəm. Xüsusilə Telman Qasımov adlı şəxsin sosial şəbəkələrdə yayılan çıxışında işlədilən ifadələr, irəli sürülən ittihamlar məni bu məsələyə açıq münasibət bildirməyə vadar etdi.
Əvvəlcədən deyim ki, Əziz Ələkbərlinin mənim müdafiəmə ehtiyacı yoxdur. Onun mənim bu yazımdan da xəbəri yoxdur. Əziz Ələkbərli mənim qohumum deyil, mənimlə bir yerdə oxumayıb, eyni sahənin adamı da deyilik. O filoloqdur, mən hüquqşünasam, professoram. Məni danışmağa vadar edən şəxsi münasibət yox, ədalət hissidir. Çünki insan hər bir halda, hətta kimisə sevməyəndə, onunla razılaşmayanda belə ədalət hissini itirməməlidir.
Əlbəttə, Əziz Ələkbərli tənqid edilə bilər. Qərbi Azərbaycan İcması da tənqid edilə bilər. Dünyada tənqid olunmayacaq adam və qurum yoxdur. İcmanın fəaliyyətində nöqsan görürsünüzsə, göstərin. Hansı iş görülməyib, deyin. Hansı qərar səhvdir, əsaslandırın. Hansı insan haqsız olaraq kənarda saxlanılıb, adını çəkin. Hansı kitabda yanlış fakt var, səhifəsini göstərin. Hansı addım Qərbi Azərbaycan ideyasına zərər vurub, sübutunu ortaya qoyun. Budur tənqid. Budur ziyalı polemikası.
Amma tənqidlə təhqir, arqumentlə hədyan, fikir mübahisəsi ilə şəxsi qarayaxma arasında çox böyük fərq var. Opponentində polemikaya girməyə səviyyən yol verməyəndə təhqirə, hədyana keçirsən. Telman Qasımov kimi. Onun çıxışına mənim bir Qərbi azərbaycanlı kimi münasibətim isə belədir:
Telman müəllim, sizin çıxışınızda ən çox diqqətimi çəkən ifadələrdən biri Əziz Ələkbərli haqqında “heç kim olub” məzmununda danışmağınızdır. Mən də soruşuram: kimə “heç kim” deyirsiniz?
Qərbi Azərbaycan mövzusuna ömrünün onilliklərini vermiş adama? Bütün şüurlu ömrü boyu Milli Elmlər Akademiyasının elmi əməkdaşı olan, 1992-ci ildən elmi dərəcə, həmin vaxtdan şöbə müdiri kimi emi vəzifə daşıyan alimə, Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin müavini, sonra həmin Cəmiyyətin sədri olmuş şəxsə? 2019-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyətinin tərkibində Qərbi Azərbaycan İcmasının yaradılmasına rəhbərlik etmiş adama? Milli Məclisin deputatına? Bu gün Qərbi Azərbaycan İcmasına rəhbərlik edən şəxsə? Qərbi Azərbaycan mövzusunda 53 kitab yazmış tədqiqatçıya?
Əgər bütün bunları etmiş adam sizin nəzərinizdə “heç kim”dirsə, onda zəhmət çəkin, deyin görək, “kimsə” olmaq üçün insan daha nə etməlidir?
Əziz Ələkbərli Qərbi Azərbaycan mövzusuna dünən gəlməyib. Bu məsələ dövlət və ictimai gündəmin ön sıralarına çıxandan sonra Qərbi Azərbaycanı kəşf edənlərdən deyil. Ömrünün böyük bir hissəsini Qərbi Azərbaycanın tarixinə, coğrafiyasına, toponimlərinə, yaşayış məntəqələrinə, deportasiya tariximizə, milli yaddaşımızın qorunmasına həsr edib. Onun Qərbi Azərbaycan mövzusunda 53 kitabı var. Əlli üç! Üstəgəl yüzlərlə məqalə. Bunun arxasında neçə ilin zəhməti, neçə min səhifə, neçə sənəd, neçə kəndin və mahalın tarixinin araşdırılması dayanır. Bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, bir həqiqət dəyişmir: Əziz Ələkbərli bu 53 kitabla Qərbi Azərbaycan mövzusuna öz möhürünü vurub.
İndi isə mən soruşuram: sən nə etmisən?
Yaşının bu vaxtında qrantla cəmi bir kitab yazmısan. Sağ ol, var ol. İkincisini də yaz, üçüncüsünü də yaz, yüzünü də yaz. Qərbi Azərbaycan haqqında yazılan hər kitab bizim ümumi sərvətimizdir. Amma bir kitab yazmısan deyə başımızı keçəlmi edəcəksən? Bir kitab sənə 53 kitab müəllifinin qarşısında dayanıb “Əziz Ələkbərli kimdir?” ədası ilə danışmaq hüququ verirmi? Əziz Ələkbərli arxivlərdə işləyəndə, mənbələri araşdıranda deyirlər filankəsin kafesini işlətmisən, ofisiantlıq etmisən, bilmirəm. Amma əgər Əziz Ələkbərlinin kitablarında yanlışlıq varsa, aç kitabı, səhifəni göstər. Faktın qarşısına fakt, sənədin qarşısına sənəd qoy. Daha yaxşı tədqiqat aparmısansa, təqdim et. 53 kitabın qarşısına 54 kitab qoy. Onda hamımız səni alqışlayaq. Qərbi Azərbaycan məsələsi də bundan qazansın. Amma bir mikrofon götürüb onilliklərin zəhmətini “heç kim” sözü ilə silmək mümkün deyil.
Siz başqa bir məqamda Əziz Ələkbərlinin Yeni Azərbaycan Partiyasına mənsubiyyətini də şübhə altına almağa çalışırsınız. Deyirsiniz ki, guya heç vaxt YAP üzvü olmayan bir adamı bir gecənin içində YAP-çı elədilər, YAP adından deputat seçdilər. Telman Qasımov, addımbaşı özünüzü dövlətin adamı kimi göstərirsiniz, amma bir cümlə ilə bir neçə budağı silkələyir, dövlətə, dövlət başçısına daş atırsınız. Yəni bilmirsiniz ki, seçkilərdə partiya namizədləri onun sədrinin imzası ilə irəli sürülür? Bilmirsiniz ki, bu, həmin partiyanın, onun rəhbərliyinin müstəsna səlahiyyətidir? Belə olan təqdirdə Əziz Ələkbərlinin, digər YAP üzvü olanların namizədliyi kimin tərəfindən irəli sürülüb? Siz kimə etiraz edirsiniz? Cənab Prezidentəmi? Ümumiyyətlə YAP-amı? Hansı hüquqla?
Sonra deyirsiniz ki, Əziz Ələkbərli Ana Vətən Partiyasından “qaçıb”. Nə deməkdir “qaçıb”? Siyasi partiya həbsxanadır ki, oradan çıxan adama “qaçdı” deyəsən? Əziz Ələkbərlinin vaxtilə Ana Vətən Partiyasının sədr müavini olması gizli fakt deyil. Bioqrafiyasında da göstərilir. Amma onu demirsiniz ki, Ana Vətən Partiyasının sədr müavini kimi də bütün fəaliyyəti Heydər Əliyev siyasətini dəstəkləmək olub. Tək onun yox, bütün Ana Vətən Partiyasının, onun sədri Fəzail Ağamalının 1993-cü ildən bəri Heydər Əliyev siyasətini birmənalı şəkildə dəstəklədiyini ölkədə kim bilmir?
Sizin digər iddianız isə guya irəvanlıların Qərbi Azərbaycan İcmasına yaxın buraxılmamasıdır. İcmada cənab Prezidentin Qərbi azərbaycanlılarla görüşündə İrəvandan heç kəsin iştirak etmədiyini iddia edirsiniz. Ardınca özünüz Dilarə xanımın orada olduğunu deyirsiniz və dərhal əlavə edirsiniz: “o heç”. Niyə “heç”? Kim sizə insanları “kimsə” və “heç” kateqoriyasına bölmək səlahiyyəti verib? Dilarə xanım İcmada təmsil olunursa, onda “irəvanlıları yaxın buraxmırlar” kimi ümumiləşdirilmiş hökmün özü sual altına düşmürmü? Yox, əgər sizin üçün yalnız şəxsən qəbul etdiyiniz adamlar “irəvanlı” və “kimsə” sayılırsa, onda söhbət İrəvandan və Qərbi Azərbaycandan yox, sizin şəxsi siyahınızdan gedir. Bəs o tədbirdə iştirak edən əslən İrəvandan olan Xalq artisti Ramiz Həsənoğlunun adını niyə çəkmirsiniz? Əziz Ələkbərlini vikpediyada axtarırsınız, bəs Ramiz Həsənoğlu haqqında vikpediyada yazılanlara niyə baxmırsınız? Axı vikpediyada onun haqqında 13 aprel 1946-cı ildə İrəvanda doğuduğu yazılıb. Yoxsa sizin arşınızla o da irəvanlı deyil?
İrəvan İcmasının sədri professor Fəridə Səfiyeva ilə bağlı iradınız da eyni dərəcədə qəribədir. Onun İrəvanda olmamasını arqumentə çevirməyə çalışırsınız. Mən soruşuram: Qərbi azərbaycanlı olmaq üçün insan mütləq İrəvanda doğulmalıdırmı? Bu hansı məntiqdir? Deportasiya nə deməkdir? İnsanların öz doğma torpağından zorla çıxarılması, nəsillərin ata-baba yurdundan qoparılması demək deyilmi? Əgər İrəvandan, Göyçədən, Vedidən, Zəngəzurdan, Dərələyəzdən, Amasiyadan deportasiya edilmiş ailənin övladı Bakıda, Gəncədə, Sumqayıtda və ya başqa yerdə doğulubsa, artıq Qərbi azərbaycanlı deyil? Ata-babasının yurdu ilə bağlılığı bitib? Onun tarixi yaddaşı, mənsubiyyəti, qayıdış haqqı yox olub?
Bu məntiqlə getsək, bir neçə nəsildən sonra Qərbi azərbaycanlı anlayışının özünü ləğv etməliyik. Çünki 1988-ci ildə yurdundan çıxarılan ailənin 1990-cı, 2000-ci, 2010-cu illərdə doğulan övladları və nəvələri təbii olaraq İrəvanda, Göyçədə, Vedidə doğulmayıblar. Məgər buna görə onların ata-baba yurduna mənsubiyyəti yoxdur?
Əksinə, Qərbi Azərbaycan ideyasının mahiyyəti elə tarixi varisliyin qorunmasıdır. Qərbi Azərbaycan yalnız insanın pasportunda və ya doğum haqqında şəhadətnaməsində yazılmış coğrafi ünvan deyil. Qərbi Azərbaycan nəsil yaddaşıdır, tarixi mənsubiyyətdir, ata-baba yurdudur, zorla qırılmış bağlılığın nəsildən-nəslə davamıdır. Əgər biz bu varisliyi qəbul etmiriksə, onda gələcək nəsillərin qayıdış hüququndan necə danışacağıq?
Ona görə də “bu İrəvanda olmayıb”, “o heçdir”, “bunları yaxın buraxmırlar” kimi ifadələrlə böyük bir milli məsələni xırda şəxsi hesablaşmalar səviyyəsinə endirmək olmaz. Konkret faktınız varsa, deyin: hansı irəvanlı alim İcmadan kənarlaşdırılıb? Hansı ziyalı müraciət edib, qapı üzünə bağlanıb? Hansı deportasiya olunmuş ailənin nümayəndəsinə “sən bizə lazım deyilsən” deyilib? Adını, faktını, tarixini göstərin. Onda müzakirə edək. Əgər İrəvan icması sizi öz tədbirinə dəvət etmirsə, bunun da günahını özünüzdə və səviyyənizdə axtarın.
Mən bir məsələni də xüsusilə demək istəyirəm.
Əziz Ələkbərli təmiz adamdır, əqidəli adamdır. Dələduz deyil. Vəzifəsindən, deputat statusundan istifadə edib özünə villalar tikdirməyib, kommersiya şirkətləri yaratmayıb, var-dövlət toplamaq dalınca düşməyib. Necə deyərlər, kişinin velosipedi belə yoxdur. Ömrünü kitaba, araşdırmaya, Qərbi Azərbaycanın tarixi yaddaşının yaşadılmasına sərf edib. Belə bir adam haqqında hədyan danışmaq, özü də ağzı köpüklənə-köpüklənə danışmaq tənqid deyil. Bunun adı fikir ayrılığı da deyil. Bunun adı vicdansızlıqdır!
Əgər Əziz Ələkbərlinin haram yolla qazandığı sərvət varsa, göstərin. Vəzifəsindən şəxsi mənafeyi üçün istifadə etdiyinə dair fakt varsa, ortaya qoyun. Hansı villası var? Hansı kommersiya şirkətinin sahibidir? Hansı dövlət vəzifəsindən istifadə edib şəxsi sərvət toplayıb? Faktı qoyun ortaya, biz də görək. Yoxdursa, onda bir insanın şərəf və ləyaqəti ilə oynamaq heç kimə yaraşmır.
Mən bunu Əziz Ələkbərliyə xoş gəlmək üçün demirəm. Bir daha təkrar edirəm: onun mənim bu yazımdan xəbəri yoxdur. Mənim üçün məsələ Əziz Ələkbərlinin müdafiəsi də deyil. Məsələ ədalətdir.
Əziz Ələkbərlinin fəaliyyətində səhv ola bilər. İcmanın işində çatışmazlıq ola bilər. Tənqid edin, özü də lazım gələndə sərt tənqid edin. Amma tənqid gördüyün işdəki nöqsanı göstərməkdir, insanın şəxsiyyətini alçaltmaq deyil. “Bu işi səhv görmüsən” demək başqa şeydir, “sən heç kimsən” demək tamam başqa. Birincisi polemikadır, ikincisi təhqirdir.
Qərbi Azərbaycan İcmasının son illərdə gördüyü işi də bir qələmlə silmək mümkün deyil. Rayonlar və kəndlər üzrə strukturlar yaradılıb, Qərbi Azərbaycandan olan insanlar təşkilatlanıb, qayıdış hüququ siyasi və hüquqi müstəvidə beynəlxalq auditoriyalara çatdırılıb. Qərbi Azərbaycan məsələsi müxtəlif beynəlxalq platformalarda səsləndirilir. Görülən bütün bu işləri görməmək ədalətsizlikdir. Həm də bu işlər tək Əziz Ələkbərlinin, tək Qərbi Azərbaycan İcmasının uğuru deyi, ilk növbədə cənab Prezidentin, Azərbaycan dövlətinin xarici siyasətinin uğurudur, Azərbaycan diplomatiyasının uğurudur. Bunları inkar etmək milli xəyanətdir.
Ən təhlükəlisi isə bütün bunların hansı şəraitdə baş verməsidir. Qərbi Azərbaycan məsələsi artıq yalnız Azərbaycanın daxilində müzakirə olunan mövzu deyil. Ermənistan siyasi dairələri, erməni diaspor təşkilatları və təbliğat maşını Qərbi Azərbaycan İcmasının fəaliyyətini diqqətlə izləyir. Onların ən böyük arzularından biri Qərbi Azərbaycan ideyasını gözdən salmaq, İcmanı parçalanmış göstərmək, Qərbi azərbaycanlı ziyalıların bir-birinin üstünə düşdüyü görüntüsünü yaratmaqdır. Bəlkə Telman Qasımov kimiləri elə buna çalışır? Xaricdənmi, daxildənmi ötürülmüş hansısa tapşırığı yerinə yetirir? Bilərəkdənmi, yaxud bilməyərəkdənmi bu təxribata xidmət edir? Deyə bilmərəm, amma açıq deyirəm: Əziz Ələkbərlinin şəxsiyyəti, insanlığı və fəaliyyəti haqqında əsassız ittihamlarla çıxış etmək, Qərbi Azərbaycan İcmasının daxilində qarşıdurma görüntüsü yaratmaq nəticə etibarilə düşmənin dəyirmanına su tökməkdir, vəssalam. Ermənistanın təbliğat dairələri belə çıxışları hava və su kimi gözləyirlər. Sabah sizin dediklərinizi götürüb dünyaya “baxın, bunlar özləri öz İcmaları və rəhbərləri haqqında nə deyirlər” şəklində təqdim edəndə bunun məsuliyyətini kim daşıyacaq?
Qərbi Azərbaycan məsələsi “mən niyə yox, o niyə?”, “mən kiməm, o kimdir?” davasının meydanı deyil. Bu, yüz minlərlə deportasiya qurbanının ağrısıdır. İrəvandır, Göyçədir, Zəngəzurdur, Vedidir, Dərələyəzdir, Ağbabadır, Amasiyadır. Orada qalmış evlərimizdir, məzarlarımızdır, dağıdılmış abidələrimizdir, dəyişdirilmiş yer adlarımızdır, yarımçıq qalmış insan taleləridir. Belə böyük bir tarixi məsələni şəxsi ambisiyaların səviyyəsinə endirmək heç kimə başucalığı gətirməz.
Üstəlik, Qərbi Azərbaycan İcmasının bugünkü fəaliyyəti Azərbaycan dövlətinin Qərbi Azərbaycan məsələsinə verdiyi siyasi əhəmiyyət kontekstindən ayrı götürülə bilməz. Prezident İlham Əliyevin bu məsələyə açıq siyasi dəstək verməsi, Qərbi azərbaycanlıların qayıdış hüququnun gündəmə gətirilməsi milyonlarla insanın uzun illər ürəyində yaşatdığı Vətən həsrətinə yeni siyasi və hüquqi məzmun verib. Belə bir mərhələdə əsas vəzifəmiz şəxsi savaşlar açmaq yox, bu böyük məqsəd ətrafında birləşməkdir.
İradınız varsa, gəlin İcmaya. Əziz Ələkbərli ilə üzbəüz oturun. Sualınızı verin. Təklifinizi söyləyin. Tədbirlərə gəlin. Beynəlxalq forumlarda iştirak edin. Daha yaxşı iş görə bilirsinizsə, görün. Daha yaxşı kitab yaza bilirsinizsə, yazın. Yeni sənədlər tapın, yeni xəritələr ortaya çıxarın, kəndlərimizin tarixini araşdırın, deportasiya olunmuş insanların xatirələrini toplayın, Qərbi Azərbaycan həqiqətlərini xarici dillərdə dünyaya çatdırın. İrəvan şəhərinin təəssübünü çəkənsinizsə, 1918-1920-сi illərdə, 1948-1953-cü illərdə, 1987-1991-ci illərdə İrəvandan qovulan azərbaycanlıların adlı siyahısını tərtib edib ortaya qoyun.
Kənardan daş atmaq asandır. Bunun üçün arxivlərdə illər keçirməyə, minlərlə səhifə yazmağa, kənd-kənd, mahal-mahal material toplamağa ehtiyac yoxdur. Bu gün bir kamera, bir mikrofon, bir TikTok və ya YouTube hesabı kifayətdir. Bir az hikkə, bir az iddia, bir neçə köhnə sitat – və başlayırsan bir insanın onilliklərlə gördüyü işi heçə saymağa.
Amma tarix sosial şəbəkə videosu deyil. Bu gün danışılan sabah unudula bilər. Görülən iş isə qalır.
Əziz Ələkbərlinin 53 kitabı qalacaq.
Qərbi Azərbaycanla bağlı topladığı materiallar qalacaq.
Gördüyü işlər qalacaq.
Sabah tarix hər birimizdən soruşacaq: sən nə etdin?
Onda, Telman Qasımov, sən nə cavab verəcəksən, “tarix yazanları, iş görənləri təhqir etmişəm” deyəcəksən?
O da bir başqa məsələ ki, ümumiyyətlə sabah səndən nəsə soruşacaqlarmı? Bəlkə sabah üçün sən özün “heç kim” olacaqsan?
Professor Məhəmməd İmanlı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-08-2026
06-08-2026