Göydəniz Qəhrəmanov: “Ulu Öndər Heydər Əliyev ana dilimizin xilaskarı və inkişafının banisidir”
Tarix: 31-07-2026 | Saat: 16:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Hər bir xalqın milli kimliyini yaşadan, onun tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini gələcək nəsillərə çatdıran ən mühüm amillərdən biri ana dilidir. Azərbaycan xalqı üçün də dil təkcə ünsiyyət vasitəsi deyil, milli varlığın, dövlətçilik düşüncəsinin və milli həmrəyliyin əsas sütunlarından biridir. Məhz buna görə də Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı ölkəmizin müstəqillik tarixində xüsusi yer tutur. Bu sahədə həyata keçirilən ardıcıl siyasətin təməlində isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik mövqeyi dayanır. Sovet dövründə milli dillərin sıxışdırılması siyasətinin gücləndiyi, ana dili məsələsinin gündəmə gətirilməsinin belə böyük cəsarət tələb etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan dilinin hüquqlarının müdafiəsini prinsipial mövqe kimi irəli sürdü. O dövrdə milli respublikaların əksəriyyətində belə təşəbbüslərdən çəkinildiyi halda, Ulu Öndər ana dilinin dövlət səviyyəsində qorunmasının gələcək müstəqil dövlətçiliyin əsas şərtlərindən biri olduğunu uzaqgörənliklə dərk edirdi. Azərbaycan dilində təhsil hüququnun təmin olunmasını xüsusi vurğulaması da məhz bu strateji baxışın tərkib hissəsi idi.”
Bu fikirləri millət vəkili Göydəniz Qəhrəmanov aia.az-a açıqlamasında səsləndirib.
Heydər Əliyevin qətiyyətli mövqeyinin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında öz tarixi əksini tapdığını deyən deputat qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə Konstitusiyada “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit edilməsi həmin dövr üçün son dərəcə mühüm siyasi hadisə idi: “Bu qərar yalnız hüquqi norma deyildi. O, xalqın milli-mənəvi dəyərlərinə verilən yüksək qiymətin, Azərbaycan dilinin gələcəyinin təmin edilməsinə yönəlmiş uzaqgörən dövlətçilik siyasətinin təzahürü idi. Ulu Öndərin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi dövürdə 1995-ci il Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili kimi təsbit olunması milli iradənin və dövlətçilik ənənələrinin növbəti təntənəsi oldu. Bunun ardınca “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması, 2001-ci ildə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi ölkədə vahid və ardıcıl dil siyasətinin formalaşmasını təmin etdi. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının çıxışlarında Azərbaycan dilinin saflığının qorunmasının milli təhlükəsizlik və milli kimlik məsələsi kimi dəyərləndirilməsi təsadüfi deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, xalq öz dilini qorumasa, zaman keçdikcə milli kimliyi də zərər görə bilər. Bu yanaşma ana dilinin inkişafına münasibətin təkcə mədəni deyil, həm də strateji dövlət siyasəti olduğunu bir daha nümayiş etdirir. Son illərdə həyata keçirilən ardıcıl tədbirlər də bunun bariz nümunəsidir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatı incilərinin ana dilimizə tərcüməsi, Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, elektron məkanda Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunmasına dair fərmanların imzalanması bu siyasətin davamlı xarakter daşıdığını təsdiqləyir. Ötən il qəbul edilən yeni qərarla Azərbaycan dilinin tətbiqinə və dil normalarına nəzarət, eləcə də onun inkişafının təmin edilməsi səlahiyyətinin Mədəniyyət Nazirliyinə həvalə olunması da bu sahədə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri, milli birliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilərək davam etdirilməsi göstərir ki, ana dilimizin qorunması və inkişafı dövlət siyasətinin dəyişməz prioritetlərindən biri olaraq qalır. Bu siyasət Azərbaycan dilinin gələcək nəsillərə bütün zənginliyi, saflığı və qüdrəti ilə ötürülməsinin ən möhkəm təminatıdır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər