Ana dilimiz – milli kimliyimizin əbədi pasportu
Tarix: 31-07-2026 | Saat: 12:10
Bölmə:Özəl | çapa göndər

Hər il avqustun 1-i Azərbaycanda Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün təkcə dil bayramı deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin təntənəsidir. Çünki ana dili xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını, milli yaddaşını və gələcəyini yaşadan ən müqəddəs sərvətdir. Məhz buna görə də Azərbaycan dili əsrlər boyu xalqımızın mənəvi varlığını qoruyan ən möhkəm dayaq olmuş, müstəqillik dövründə isə dövlətçiliyimizin əsas rəmzlərindən birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə xüsusi münasibət bəsləyərək deyirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu fikir Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi olmadığını, milli varlığımızın əsasını təşkil etdiyini aydın şəkildə ifadə edir.
Tarixə nəzər saldıqda görürük ki, XX əsrin 70-ci illərində SSRİ məkanında milli dillərin sıxışdırılması siyasəti daha da güclənmişdi. Həmin dövrdə ana dilinin müdafiəsi, onun dövlət dili kimi tanınması uğrunda mübarizə aparmaq böyük cəsarət tələb edirdi. Bir çox ziyalılar və dövlət xadimləri bu məsələyə toxunmaqdan çəkinirdilər. Lakin Ulu Öndər Heydər Əliyev bütün çətinliklərə baxmayaraq Azərbaycan dilinin hüquqlarını qətiyyətlə müdafiə etdi, ana dilimizin dövlət idarəçiliyində, təhsildə və ictimai həyatda layiqli yer tutması üçün ardıcıl fəaliyyət göstərdi.
Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq 1978-ci il aprelin 2-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəası təsbit edildi. O dövrün siyasi reallıqları fonunda bu, təkcə hüquqi deyil, həm də milli-mənəvi baxımdan tarixi hadisə idi. Bu qərar Azərbaycan xalqının milli özünüdərkinin möhkəmlənməsində mühüm rol oynadı və gələcək müstəqilliyin ideoloji əsaslarından birinə çevrildi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ana dilinin dövlət dili kimi hüquqi statusunun daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması rəsmən təsbit edildi. Bununla da ana dilimiz müstəqil dövlətimizin əsas atributlarından biri kimi öz layiqli yerini aldı.
Ulu Öndər bununla kifayətlənməyərək Azərbaycan dilinin inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman bu sahədə yeni mərhələnin başlanğıcı oldu. Həmin Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dövlət dilinin qorunması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinə başlanıldı.
2001-ci il 9 avqust tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman isə Azərbaycan xalqının milli-mənəvi həyatında mühüm hadisəyə çevrildi. Həmin Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir. Bu qərar ana dilinə verilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
2002-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun isə Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edildi. Bu hüquqi baza ana dilimizin bütün sahələrdə daha geniş tətbiqinə mühüm zəmin yaratdı.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar Azərbaycan dilinin inkişafına, onun müasir dövrün tələblərinə uyğun tətbiqinə, informasiya texnologiyalarında və elektron məkanda istifadəsinin genişləndirilməsinə mühüm töhfələr verib.
2004-cü ildə latın qrafikalı nəşrlərin həyata keçirilməsi haqqında Sərəncam, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı incilərinin Azərbaycan dilində nəşri ilə bağlı qəbul edilən qərarlar ana dilimizin zənginləşməsinə və elmi potensialının artırılmasına xidmət etmişdir.
2013-cü ildə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" isə müasir dövrdə Azərbaycan dilinin inkişaf strategiyasını müəyyən edən mühüm sənəd oldu. İnternet texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə ana dilimizin rəqəmsal mühitdə qorunması və geniş tətbiqi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
2018-ci ildə imzalanan "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncam və "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman Azərbaycan dilinin saflığının qorunması istiqamətində yeni mərhələnin əsasını qoydu. Bu sənədlər dil normalarına əməl olunmasına dövlət nəzarətinin daha da gücləndirilməsini təmin etdi.
2025-ci ildə imzalanmış yeni Fərmanla isə Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət funksiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi. Bu da göstərir ki, dövlətimiz ana dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır.
Azərbaycan dilinin zənginliyi və gözəlliyi həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə xüsusi vurğulanmışdır. Ulu Öndər deyirdi: “Bizim Azərbaycan dili şeir dilidir.” Həqiqətən də Azərbaycan dili öz ahəngi, zəngin söz ehtiyatı, poetik ifadə imkanları ilə dünya dilləri arasında seçilən dillərdəndir.
Prezident İlham Əliyev də bu fikirləri davam etdirərək bildirir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.” Dövlət başçısı xüsusilə vurğulayır ki, qloballaşma dövründə ana dilimizin saflığının qorunması milli kimliyimizin qorunması deməkdir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı üçün Azərbaycan dili milli birliyin əsas amillərindən biridir. Xaricdə yaşayan soydaşlarımızın da ana dilini yaşatması, övladlarına öyrətməsi milli həmrəyliyimizin güclənməsinə xidmət edir.
Müasir dövrdə dilimizin qarşısında duran əsas vəzifələrdən biri də sosial şəbəkələrdə, mediada və gündəlik ünsiyyətdə Azərbaycan dilinin normalarına düzgün əməl olunmasıdır. Xarici sözlərdən lüzumsuz istifadə, yazı və nitq mədəniyyətinə biganə münasibət dilimizin saflığına mənfi təsir göstərir. Buna görə də hər bir vətəndaş ana dilinə məsuliyyətlə yanaşmalı, onu düzgün öyrənməli və gündəlik həyatında yüksək nitq mədəniyyəti nümayiş etdirməlidir.
Xüsusilə gənc nəslin Azərbaycan dilinə sevgi ruhunda böyüməsi böyük əhəmiyyət daşıyır. Çünki ana dilini sevən gənc öz tarixini, milli-mənəvi dəyərlərini və dövlətini də daha dərindən dərk edir. Ulu Öndərin məşhur fikri bu gün də aktuallığını qoruyur: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.”
Azərbaycan dili yüzillər boyu xalqımızın mənəvi yaddaşını yaşadıb, bu gün isə müstəqil dövlətimizin gücünü və milli birliyini ifadə edir. Ana dilimizi qorumaq təkcə dövlət qurumlarının deyil, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Azərbaycan əlifbası və Azərbaycan dili Günü münasibətilə bir daha dərk edirik ki, dilimizi qorumaq gələcəyimizi qorumaq deməkdir. Ana dilimizə hörmət göstərmək milli kimliyimizə, dövlətçiliyimizə və tariximizə sədaqətin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dil siyasəti Azərbaycan dilinin bundan sonra da zənginləşərək gələcək nəsillərə ən qiymətli milli sərvətlərimizdən biri kimi ötürüləcəyinə möhkəm təminat yaradır.
Ruhiyyə Hacıyeva,
Siyəzən RİH başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər